Yuxarı

Rusiya nüvə silahına əl atacağını xatırlatdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya nüvə silahına əl atacağını xatırlatdı – Video

"Rusiya 1" kanalının məşhur aparıcısı Dmitri Kisilyov bu gün efirə gedən ənənəvi müəllif verilişində Krımda keçirilən referendum məsələsinə toxunarkən, açıq-aşkar Amerika Birləşmiş Ştatlarını nüvə silahı ilə təhdid edib.

"Axar.az" məlumar verir ki, Kisilyov hadisələrin gərginləşəcəyi təqdirdə Amerikanın önündə rus nüvə silahını görəcəyini bildirib. O, əlavə edib ki, Rusiya Amerikanı radioaktiv külə çevirə bilən yeganə ölkədir.

Rusiyanın "Böyük səkkizlər"dən çıxarılacağı ilə bağlı hədələrə toxunan Kisilyov bilidrib ki, buna qarşı tərəfin gücü və hünəri çata bilməz. Belə olmasaydı, Obama əldən-ayaqadan düşüb Putinlə saatlarla danışmazdı.

Digər məsələlərdə də Amerika və Qərbi hədələyən Kisilyov bir qədər də irəli gedərək, Rusiya ilə Amerika arasında savaşın getdiyini, sadəcə, bu mübarizənin hələ ki, informasiya müstəvisində aparıldığını vurğulayıb.

Xatırladaq ki, Kisilyov Kreml siyasətinin ifadəçisi sayılır və Putindən "Vətənə xidmətə görə" mükafatı da alıb.

Tarix
2014.03.17 / 01:00
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

İki görüş 37 illik münaqişəni həll edə bilməz - Paşinyan

Yanğına səbəb olan sahibkarı hansı cəza gözləyir?

Dedilər ki, Zəngəzur dəhliziniz var, gedin oradan keçin...

Yevdokimov: Bakı ilə bu rəqəm 5 milyarda çatacaq

Arakçının müavini Bakıda bu şöbəyə getdi, göstəriş verdi

Hacıyev Bakıda Arakçının müavini ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla