Yuxarı

Sərkisyan Putinə yalvarmağa gedir - Mikayelyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan Putinə yalvarmağa gedir - Mikayelyan

Sərkisyan Moskvaya hakimiyyətini qorumaq üçün gedir.

Axar.az xəbər verir ki, bu sözlər erməni analitik Musa Mikayelyanın “1in.am” saytında dərc edilən məqaləsində yer alıb.

Politoloq bildirib ki, hələlik Serj Sərkisyanın Moskvaya nə zaman səfər edəcəyi bəlli deyil: “Ermənistan və Rusiya liderlərinin görüşü işgüzar prosesdir, ona görə də burada təəccüblü heç nə yoxdur. Lakin Sərkisyanın budəfəki səfəri ölkənin daxili inkişafı baxımından mühüm ola bilər. Səfərin parlament seçkisindən öncə və ya sonra olması önəmli deyil. Burada əsas məqam bu səfərin daxili siyasi və hakimiyyətdaxili status-kvo üçün mühüm rol oynayacağıdır. Sərkisyanın bu dəfəki səfəri Baş nazir Karen Karapetyanın yanvardakı Moskva səfərinə cavab olacaq”.

Mikayelyan Sərkisyanın Karapetyanı varis kimi görməməsinə də toxunub: “Məsələ ondadır ki, Karapetyan Moskvada həm Rusiya hökuməti, həm də erməni biznesmenlər tərəfindən çox isti qarşılanıb. Bütün bunlar, şübhəsiz, Karapetyanın hökumət daxilində dayaqlarını gücləndirib. Karapetyanın mövqelərini gücləndirməsini Sərkisyan özünün hakimiyyətini qorumaq məsələsində əsas problem kimi görür. Sərkisyan heç bir halda Karapetyanı özünün xələfi saymır. Görünür, Moskva üçün Karapetyan xələf kimi görünür. Sərkisyan Moskvada məhz Karapetyanın nüfuzunu salmağa çalışacaq. Hazırda Sərkisyan üçün əsas varis Müdafiə naziri Vigen Sərkisyandır”.

Tarix
2017.02.24 / 12:28
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

Əliyevlə Tramp Davosda görüşdü - Foto

Prezident Davosda mühüm tədbirdə iştirak etdi - Foto

İlham Əliyev Davosda bu sənədi imzaladı - Video

Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik

Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır

Bayramov NATO Baş katibinin müavini ilə görüşdü - Foto

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla