Yuxarı

Azərbaycan NATO-da bir deputatla təmsil olunacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan NATO-da bir deputatla təmsil olunacaq

Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 94-cü Rouz-Rout seminarında iştirak etmək üçün martın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə səfər edəcək.

Parlamentdən Axar.az-a verilən məlumata görə, seminarda Qərbi Balkan ölkələrində Avro-Atlantik inteqrasiya, təhlükəsizlik sahəsində əməkdaşlıq, siyasi proseslərin gedişi ilə bağlı məsələlər müzakirə olunacaq.

Yığıncaqda, eyni zamanda, Bosniya və Herseqovinada müdafiə sahəsində islahatlar, daxili etnik münasibətlər, Makedoniyada inkişaf prosesləri, Yaxın Şərq regionunda sabitliyin təmin edilməsi, Suriyada, İraqda, Liviyada son durum və ekstremizmə qarşı mübarizə tədbirləri barədə fikir mübadiləsi aparılacaq. Millət vəkili toplantıda qoyulan məsələlərə öz münasibətini bildirəcək.

Səfər martın 24-də başa çatacaq.

Qeyd edək ki, ildə bir dəfə keçirilən seminarda Azərbaycan bütöv nümayəndə heyəti ilə təmsil olunurdu.

Tarix
2017.03.17 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla