Yuxarı

Ruhaninin tənqidinə SEPAH-dan cavab: Pis etmişik?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruhaninin tənqidinə SEPAH-dan cavab: Pis etmişik?

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının komandanı Qulamhüseyn Qeybpərvər mayın 7-də jurnalistlərə açıqlamasında Prezident Həsən Ruhaninin bir neçə gün əvvəl keçirilən debatda dolayısıyla “Sepah”ı tənqid etməsinə reaksiya verib.

Axar.az xəbər verir ki, “Bəsic” komandanı İran prezidentinin adını çəkməsə də, onu prezidentliyə namizədlər arasında keçirilmiş ikinci debatda ölkədə istehsal edilən raketlər üzərində İsrailə qarşı şüarlar yazılmasını üstörtülü şəkildə tənqid etməsinə cavab verib.

““Raketlərimiz üzərində “İsrailə ölüm” şüarı yazılması məgər pis işdir? Ümumiyyətlə, İsrailin məhv olunması bizim və İran İslam Respublikasının əsas arzu və məqsədlərindən biri sayılır”, - o bildirib.

Mayın 5-də İran Dövlət Televiziyasından canlı yayımlanan prezidentliyə namizədlər arasında keçirilən ikinci debatda İran Prezidenti Həsən Ruhani öz çıxışında SEPAH-ın adını çəkmədən dolayısıyla bəzi qüvvələrin onun hökumətinin Qərblə əldə etdiyi nüvə sazişini sual atına qoymaq üçün atdığı addımlarından gileylənib. Ruhani deyib ki, həmin qüvvələr SEPAH-ın gizli və yeraltı silah-sursat anbarlarının şəkillərini çəkərək və raketlərin üzərində yəhudi dilində şüarlar yazaraq Qərbi qıcıqlandırmağa və əldə edilən nüvə sazişinə zərbə vurmağa çalışırlar.

Tarix
2017.05.08 / 13:18
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Bu deputata görə Türkiyədə Azərbaycan təhqir edilir...

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla