ABŞ "B-1" bombardmançılarını yenidən İrana göndərdi
23:25
| Ana səhifə Planet |
|
Gürcüstan Moskvanın eks-meri Yuri Lujkova qarşı cinayət işi qaldırmayacaq.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Nazirlik Lujkovun sonuncu dəfə Gürcüstanın işğal edilmiş ərazilərində 2010-cu ildə olduğunu və eks-merin cinayət məsuliyyətinə cəlb edilməsi üçün zamanın keçdiyini bildirib:
“Bizim qanunvericiliyə görə, işğal edilmiş əraziləri ziyarət edən şəxsə qarşı altı il ərzində cinayət işi açılmalıdır. 2010-cu ildə Gürcüstanın əvvəlki hakimiyyəti Lujkova qarşı cinayət işi açmayıblar. Üstəlik, Lujkov Gürcüstana Ermənistandan gəlib. Onun pasportunda işğal edilmiş əraziləri ziyarət etməsi ilə bağlı heç bir möhür olmayıb”.
|
Tarix
2017.05.10 / 11:58
|
Müəllif
İlkin Həsənov
|