Yuxarı

Rusiyanı döyüş hazırlığına bu raket vadar etdi – Rəsmi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanı döyüş hazırlığına bu raket vadar etdi – Rəsmi

Şimali Koreya orta mənzilli raketin uğurlu sınağını keçirib.

Axar.az BBC-yə istinadla xəbər verir ki, bu haqda Koreya Xalq Demokratik Respublikasının rəsmi məlumatında deyilir. Xəbərdə bildirilir ki, raketin böyük kütləyə malik nüvə başlığını daşımaq imkanları sınaqdan keçirilib.

Rəsmi açıqlamada həmçinin qonşulara təhlükə yaratmaması üçün orta mənzilli raketin kəskin bucaq altında buraxıldığı da qeyd edilib. “Raket 2111 metr yüksəkliyə qalxıb və 787 km uçub”, - xəbərdə vurğulanır.

Qeyd edək ki, “Xvason-12” adlı raketin bazar günü yerli vaxtla 05:28-də buraxıldığı haqda məlumat yayılmışdı. CNN raketin Vladivastokun 100 km yaxınlığında yerə düşdüyü barədə xəbər yayıb.

Pentaqon bu sınağın Yaponiyadan daha çox, Rusiyaya təhdid yaratdığını açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi isə raketin sərhəddən 500 km kənarda Yapon dənizinə düşdüyünü, Rusiya üçün heç bir təhdid yaratmadığını, buna baxmayaraq, Uzaq Şərqdə hava hücumundan müdafiə qüvvələrinin tam döyüş hazırlığında növbə çəkdiyini açıqlayıb.

Tarix
2017.05.15 / 10:11
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla