Yuxarı

Azərbaycanı müstəqil edən müharibədən 100 il keçdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Birinci Dünya Müharibəsinin başlanmasından 100 il keçir.

1914-ci ilin bu günü Avstriya-Macarıstan imperiyasının Serbiyaya müharibə elan etməsi ilə Birinci Dünya Mwharibəsi start götürdü. Səbəb isə avstriya taxt-tacının vələhdi Frans Ferdinandın "Malada Bosna" təşkilatının üzvü Qavrilla Prinç tərəfindən Sarayevoda öldürülməsi oldu. Bunun ardınca isə bütün Avropa müharibənin iştirakçısına çevrildi. Dörd il davam edən müharibə tarixin ən möhtəşəm dövlətləri olan Rusiya, Osmanlı, Avstriya-Macarıstan imperiyalarının yer üzündən silməsinə səbəb oldu. Əvəzində isə tarixin ən qorxulu dövləti SSRİ yarandı. İkinci Dünya Müharibəsinə hazırlıq başladı və Birinci Dünya Müharibəsindən sonra Hitler yetişdi.

Bu savaş yeni kiçik dövlətlərin yaranması üçün də şərait yaratdı. 1918-ci ildə Rusiyanın zəifləməsi nəticəsində Qafqaz Moskvanın tabeliyindən çıxdı. Əvəzində isə bir müddət sonra üç yerə parçalandı. Müstəqil Azərbaycan, Ermənistan, Gürcüstan dövlətləri yarandı. Birinci Dünya Savaşı həm də Qarabağda rusların əliylə ermənilərin aktivləşməsi və ümumi konfliktin əsas pik nöqtələrindən hesab edilir. Eləcə də bu savaş İranın şimalındakı azərbaycanlıların ilk dəfə müstəqil dövlət qurmaq istəyi ilə ayağa qalxmasına səbəb oldu. Lakin Xiyabaninin rəhbərliyi altında olan hərəkat müəyyən müddət sonra yatırıldı.

Qeyd edək ki, Birinci Dünya Müharibəsi 10 milyon əsgər, 12 milyon mülki şəxsin ölümü ilə nəticələnmişdi. Bu savaş tarixdə ən yeni silahların istifadəsi ilə məşhurlaşmışdı. İndiki bəzi məşhur hərbi texnikaların sələfləri məhz bu müharibədə sınaqdan çıxarılmışdı.

Tarix
2014.07.28 / 12:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla