Yuxarı

Lavrov: “Vəziyyət nəzarətdən çıxa bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov: “Vəziyyət nəzarətdən çıxa bilər”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov İŞİD-ə qarşı hərbi əməliyyatların Yaxın Şərqdə vəziyyəti nəzarətdən çıxaracağını açıqlayıb.

Axar.az xəbər verir ki, Lavrov beynəlxalq hüquq normalarından kənara çıxıldığını, bunun da xaosun yaranmasına səbəb olacağını deyib:

"Bu hər zaman risk deməkdir. Biz bölgədə birtərəfli əməliyyatlara qoşulan dövlətlərin mövcud fəaliyyətinə baxdıqda bunu görə bilərik".

Yaxın Şərqdə və Şimali Afrikada yaşananların son 10-12 illik bir dövrdə ABŞ rəhbərliyinin səhv siyasətinin nəticəsi olduğunu deyən Lavrov vəziyyətin bu yerə çatmasında ABŞ-ı günahlandırıb:

"Mənim nə haqqında danışdığımı hər kəs yaxşı anlayır. Bu dərslərdən nəticə çıxarıldığına əmin olmaq məcburiyyətindəyik".

Suriya, İraq və İranın da daxil olduğu bölgə ölkələri ilə əməkdaşlıq çərçivəsində beynəlxalq terrorla mübarizəyə hazır olduqlarını bildirən Rusiyanın baş diplomat koalisiya ölkələrini mərkəzləşdirilmiş planla hərəkət etməyə çağırıb.

Tarix
2014.10.01 / 23:12
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla