Yuxarı

Gecə toqquşmaları 12 can aldı – Türkiyə/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gecə toqquşmaları 12 can aldı – Türkiyə/Video

Kobanidəki IŞİD hücumlarına etiraz edən türkiyəli kürdlər və PKK tərəfdarları ilə türk vətəndaşlar arasında qarşıdurma ölümlə nəticələnib.

Axar.az-ın Türkiyədəki əməkdaşının verdiyi xəbərə görə, olayların ən gərgin olduğu yer Gaziantep şəhəri olub. Şəhərin türk və kürd əhalisi arasındakı kəskin fikir ayrılığı küçə savaşları ilə nəticələnib.

Silahlardan da istifadə olunan hadisələrdə 4 vətəndaş həyatını itirib və gecə saatlarına qədər davam edən küçə savaşlarında 1-i polis olmaqla, 40 adam yaralanıb. Yerli icra hakimiyyətinin icazə vermədiyi küçə nümayişlərini dağıdan Gaziantep polisi nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı vasitələrdən istifadə edib. Nümayişçilər şəhərdə çoxlu dağıntılar törədib, mağazalara od vurub və maşınları yandırıb.

Elə onların bu cür dağıdıcı nümayişindən sonra Gaziantepin nümayişlərə qarşı olan əhalisi etirazçılarla toqquşub. Onlar "Şəhidlər ölməz, vətən bölünməz" şüarları ilə nümayişçilərin üzərinə yeriyib. Üz-üzə gələn qruplar bir-birinə qarşı odlu silahdan istifadə edib.

Təcili yardımla şəhərdəki xəstəxanalara aparılan yaralılardan Süleyman Balcı, Sevgi Alıcı, Ömər Uçeker və adı hələ bilinməyən bir adam həyatını itirib. Ölən 4 nəfərin cəsədi yarılmaq üçün meyitxanalara aparılıb

Digər 8 ölüm xəbəri isə Bingöl vilayətindən gəlib. Kürdlərin kompakt yaşadığı bölgələrdən olan Bingöl vilayətində şəhər polis idarəsinin rəisi və onun köməkçilərinə küçədə edilən silahlı basqından sonra 3 nəfər polis komissarı həlak olub, şəhər polis idarəsinin rəisi və onun köməkçisi isə ağır yaralanıb. Hadisədən bir neçə saat sonra isə polislərin keçirdiyi xüsusi əməliyyatla polis rəislərinə qarşı sui-qəsdi törədən 5 PKK-çı öldürülüb.

Tarix
2014.10.10 / 13:44
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla