Yuxarı

SEPAH-ın generalı İrandan qaçdı: Minlərlə məxfi sənəd...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
SEPAH-ın generalı İrandan qaçdı: Minlərlə məxfi sənəd...

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) daxili təhlükəsizlik bölməsinin komandiri briqada generalı Əli Nasiri İrandan qaçıb.

Axar.az xəbər verir ki, bu məlumatı İsrail mətbuatı yayıb. Məlumata görə, Nasiri ABŞ-ın Fars körfəzi ölkələrindən birinin səfirliyindən siyasi sığınacaq istəyib. Nasirinin ölkədən qaçmasına səbəb onun İranın ali dini lideri Əli Xameneinin SEPAH üzrə nümayəndəsi Hüseyn Taeblə açıq konfliktə girməsi olub.

Xaricə qaçan general ABŞ səfirliyinə özüylə bərabər məxfi sənədlər də gətirib. Bu sənədlərdə İranın nüvə və raket proqramları haqqında məlumatların, eləcə də xaricə diplomatik toxunulmazlıq adı altında səfərlər edən İran xüsusi xidmət orqanları işçilərinin siyahısının yer aldığı bildirilib.

Qeyd edək ki, Nasiri aprelin 21-də gözlənilmədən vəzifəsindən azad edilib. Onun yerinə daxili təhlükəsizlik bölməsinə general Fəthulla Cumeyri təyin olunub.

SEPAH-ın daxili təhlükəsizlik bölməsi qurumun hərbi və mülki vəzifəli şəxslərinin şəxsi təhlükəsizliyini, eləcə də strateji obyektlərin mühafizəsini təmin edir və əks-kəşfiyyat fəaliyyəti aparır.

Tarix
2019.04.24 / 13:53
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... - Video

Rus ordusunda döyüşən İbad Hüseynov öldü - Foto

İran müharibəsi bu iki düşməni barışdırdı

“Krokus”da terror törətmiş 4 nəfərə ömürlük həbs verildi

Prezident Jelka Tsviyanoviçlə görüşdü

Türkiyədə Azərbaycanla bağlı tənqidlərin səbəbi - General

Ermənistanla sülhdən sonra bunun üzərində ürəkdən çalışırıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla