Yuxarı

İnsanlar 50 ildə planeti necə məhv edib? - Şok araşdırma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biomüxtəliflik və ekosistem xidmətləri üzrə hökumətlərarası ekspert qrupu insanlığın son 50 ildə planeti necə dəyişməsi barədə araşdırma aparıb.

Axar.az xəbər verir ki, araşdırmada 400 alim iştirak edib. Onlar 3 il ərzində 15 min elmi və dövlət mənbələrindən informasiya toplayıblar.

Araşdırma nəticəsində alimlər müəyyən ediblər ki, hazırda dünyada bir milyon növ canlı yox olma təhdidiylə üz-üzədir. Bununla bərabər qurudakı lokal növlərin sayı 20% azalıb. Amfibiyaların 40%-i, mərcanların 33%-i, dəniz məməlilərinin üçdə birini tam məhv olmanın gözlədiyi qeyd edilib.

Alimlər həmçinin dünyanın şirin su ehtiyatının 75%-nin kənd təsərrüfatı və heyvandarlığa sərf edildiyini bildirib. Araşdırma zamanı hər il insanın planetimizdə 60 milyard ton bərpa olunan və bərpa olunmayan resurslar hasil etdiyi, kənd təsərrüfatı məhsullarının istehsalının 1970-ci ildən bu yana üç dəfə artdığı müəyyən edilib. Nəticədə son 50 ildə torpaq səthinin məhsuldarlığı 23% azalıb.

Tədqiqat zamanı həmçinin insanın fəaliyyəti sayəsində hər il okeanlara 300-400 ton ağır metal və fərqli toksik sənaye tullantılarının atıldığı bəlli olub. Bunun da nəticəsində dünya okeanlarında ümumi ərazisi 245 min kvadrat kilometr olan (Britaniyadan böyük) 400 ölü zona meydana gəlib.

Tədqiqat qrupunun rəhbəri olan Robert Uotson artıq insanlığın öz iqtisadiyyatının, qida təhlükəsizliyinin və sağlığının əsaslarını pozduğunu bildirib. O, bu prosesin qarşısını almağın mümkün olduğunu deyib.

Tarix
2019.05.11 / 16:24
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

Azərbaycanlı nobelçinin həyatı təhlükədədir

Onun Azərbaycana qarşı açıqlamaları hörmətsizlikdir!

Bayramov ABŞ rəsmisi ilə görüşdü: sülh danışıqları...

İranın Moskvadakı səfiri Xovayevlə görüşdü

Xarici diplomatlar Xudavəng monastırında - Foto

Dünya Bakıda çəkilmiş bu görüntülərdən danışır - Video

İrəvanın siyasəti müharibəyə səbəb ola bilər – Erməni ekspert

SEPAH generalı Cənubi Qafqazı işğala çağırdı

Bakının bizə cavabı belə oldu: Dedilər, əgər belədirsə… - Nikol

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla