Yuxarı

Özbək milyarder ruslara milyonlar bağışladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özbək milyarder ruslara milyonlar bağışladı

Rusiya millisinin baş məşqçisi Fabio Kapellonun maaşının ödənilməsi üçün özbək əsilli milyarder Alişer Usmanov Rusiya Futbol Federsasiyasına (RFF) kredit ayırıb.

Axar.az xəbər verir ki, milyarder təxminən 8 aydır ki, maaş ala bilməyən italyan baş məşqçi üçün 6 milyon dollar ödəyib.

Mətbuata açıqlama verən Usmanov kredit açdığı məbləğin tamamilə baş məşqçiyə aid olduğunu deyib:

"Bu hadisəyə müdaxilə etməyin lazım olduğunu düşündüm. Aldığım məlumata görə, RFF-nin təxminən 6 milyon dollara ehtiyacı vardı. Mən də bu rəqəmi verdim. Bu kredit yalnız Kapellonun maaşı üçün istifadə olunacaq".

Bundan başqa Usmanov RFF-in sədri Nikolay Tolstini də sərt tənqid edib. Milyarderin sözlərinə görə, bu hadisə utancvericidir:

"Rəhbərlik məsələni bu nöqtəyə gətirməməli idi. Rusiya üçün çalışan biri zəhmətinin qarşılığını ala bilmirsə, bu utancvericidir. Tolstiyə Rusiya idmanının inkişafı üçün etdiyi işləri və milli komandanın doğma meydanda oynayacağı mundiala hazırlıqlarını bir daha nəzərdən keçirməsini tövsiyə edirəm. Məsələləri absurd vəziyyətə gətirilməsinə icazə verilməməlidir".

Xatırladaq ki, Usmanov dəmir və polad fabriki, mobil operator, internet şirkəti və televiziya kanalını nəzarətində saxlayan oliqarxdır. Bundan başqa Usmanov İgiltərənin "Arsenal" klubunun səhmlərinin 30,2 faizinə sahibdir. "Forbes" jurnalının fevral ayına olan məlumatına görə, Usmanovun sərvəti ümumilikdə 18,6 milyard dollardır.

Tarix
2015.02.06 / 09:55
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla