Yuxarı

“Əliyevin sözləri bu fikirləri tamamilə alt-üst etdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əliyevin sözləri bu fikirləri tamamilə alt-üst etdi”

"Prezidentin dünən səsləndirdiyi sözlər bu fikirləri tamamilə alt-üst etdi".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli dünən Bakıda keçirilən "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən dedi. Ekspertin sözlərinə görə, Prezidentin Münhen Təhlükəsizlik Konfransında və dünənki toplantıda çıxışı uzaq hədəfə hesablanmış addım idi:

"Prezident açıq şəkildə deyir ki, Avropa yalnız Azərbaycan qazını, bəzi hallarda isə türkmən qazını alacaq. Yəni "Cənub axını" layihəsi Avropa bazarlarını onun ehtiyacı olan qazla təmin edəcək. Bu konteksdə Prezident bəzi adamların canfəşanlığını üstüörtülü şəkildə tənqid etdi və onlara müəyyən mesajlar göndərdi. Söhbət Rusiyanın "Türk axını" layihəsindən gedir. Ukrayna ərazisindən keçən qazın istiqamətini dəyişərək Qara dənizin dibindən Türkiyəyə çatdırılması, oradan da Yunanıstana ötürülməsi layihəsini türk qardaşlarımızın xüsusi canfəşanlığı ilə izlədik. Bəzi qüvvələr "Cənub axını" ilə "Türk axını" layihəsinin qardaş layihə olması ilə bağlı saxta fikirlər söyləyirlər. Prezidentin dünən səsləndirdiyi sözlər isə bu fikirləri tamamilə alt-üst etdi".

Avropanın açıq şəkildə Azərbaycan qazına ehtiyac duyduğunu deyən ekspert hökumətin resurs siyasətinin də Avropa tərəfindən bəyənildiyini bildirdi:

"Satan tərəf bizik, alan isə Avropadır. Avropanın nümayəndəsi Münhen Təhlükəsizlik Konfransında bildirdi ki, biz yalnız "Cənub axını" layihəsindən gələn qazı alacağıq. Dünən Azərbaycanda keçirilən və bu məsələnin ayrı-ayrı texniki şərtlərinin müzakirəsinə həsr olunmuş yığıncaqda AB-nin nümayəndəsi bir daha bəyan etdi ki, biz ümidimizi Azərbaycandan gələcək "Cənub axını" layihəsinə bağlamışıq.

Bu həm də ona görədir ki, Avropa uzun illərdir əziyyət çəkdiyi Rusiya qaz asılılığından qurtulmaq istəyir. Çünki Rusiya qazdan siyasi diktə üçün istifadə edir. Bunun nəticəsində də siyasi dividentlər qazanır. Amma Azərbaycan qazı sadəcə kommersiyadır. Bakının heç bir mənfi niyyəti yoxdur.

Zənnimcə, həm Münhen Təhlükəsizlik Konfransında prezidentin çıxışı, həm də dünən keçirilən tədbir çox mühüm idi. Orada Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız da var idi. Yəqin o da ölkə başçısına çatdırmalıdır ki, bu borunu çəkməklə məsələ bitmir. Qazın satışı üçün də alıcı tapmaq lazımıdır. Lakin alıcı tapılsa belə, bu layihə işlək olmayacaq. Azərbaycan dövlətinin resurslar siyasəti bu gün Avropa tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, Azərbaycanın təbii sərvətləri də Avropa üçün yaxşı işləyir".

Tarix
2015.02.13 / 16:16
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla