Yuxarı

Türkiyədə tələbə qızın ölümü ölkəni ayağa qaldırdı - Etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə tələbə qızın ölümü ölkəni ayağa qaldırdı  - Etiraz

Türkiyədə tələbə qızın qətlə yetirilməsilə bağlı minlərlə qadın müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirib.

Report xəbər verir ki, məlumatlara görə tələbə qız onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərib.

Mersin şəhərinin polis əməkdaşları 20 yaşlı Özgecan Aslanın yanmış cəsədini çayın kənarında aşkar ediblər. Hadisə ilə bağlı 3 nəfər həbs olunub - mikroavtobus sürücüsü, onun atası və dostu.

Türkiyə prezidenti və baş naziri mərhumun ailəsinə telefon açaraq başsağlığı veriblər. Baş nazir Əhməd Davudoğlu cinayəti törədənlərin cəzalandırılacağına söz verib.

Özgecan Aslanın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəsi aldığı bildirilir.

Minlərlə qadın Ankara, İstanbul, Mersin və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirib.

Tarix
2015.02.15 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla