Yuxarı

Haftarla Sərracın görüşəcəyini dedi, Türkiyəyə söz atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Haftarla Sərracın görüşəcəyini dedi, Türkiyəyə söz atdı

Almaniya Xarici İşlər naziri Hayko Maas Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftarın və Liviya Milli Razılıq Hökumətinin başçısı Fayez Sərracın bazar günü Berlində keçiriləcək Liviya ilə bağlı konfransda iştirak edəcəyini təsdiqləyib.

Axar.az xəbər verir ki, bu barədə Hayko Maas "Bild am Sonntag" qəzetinə açıqlama verib.

"Sərrac və Haftar Berlində olacaq. Mənim fikirimcə, onlar Liviyadakı vəziyyətlə bağlı bizə məlumat verəcəklər. Ümid edirəm ki, hər ikisi Liviyadakı vəziyyəti ələ almaq üçün bu fürsətdən istifadə edəcək", - Maas bildirib.

Almaniyalı nazir konfrans iştirakçılarının Şimali Afrika ölkəsinə silah göndərilməsinə embarqo qoyulması barədə razılıq əldə edəcəyinə ümid etdiyini bildirib:

“Aparılan sonuncu danışıqlar məndə belə təəssürat yaratdı ki, liviyalılar ölkəsində beynəlxalq ordunun olmasında maraqlı deyillər. Ölkə daxilində döyüşən tərəfləri xaricdən dəstəkləyənlər əsgər və silah göndərməməlidir. Biz bunu Liviyada yeni bir Suriya yaratmamaq üçün etməliyik. Elə bir situasiya yaradılmalıdır ki, Haftar barışıq danışıqlarında iştirak etsin. Bu konfliktdə heç kim silah gücü ilə qalib gələ biməyəcək. Sevinirəm ki, bazar günü hər kəsi bir masa arxasına toplaya biləcəyik. Bu, Liviyada barışıq əldə edilməsi üçün atılan ilk addım ola bilər".

Tarix
2020.01.19 / 00:55
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla