Yuxarı

Ukraynada Azərbaycan dilində veriliş yayımlana bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynada Azərbaycan dilində veriliş yayımlana bilər

Ukraynada fəaliyyət göstərən telekanalların birində Azərbaycan dilində verilişlər yayımlana bilər.

Axar.az xəbər verir ki, Azərtac-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Ukraynanın Televiziya və Radio Yayımı Dövlət Komitəsinin sədri Oleq Nalivayko ilə görüşdə belə bir təkliflə çıxış edib.

E.Hüseynli bildirib ki, Ukraynada təxminən 500 minə yaxın azərbaycanlı yaşadığından telekanalların birində Azərbaycan dili redaksiyasının yaradılması məntiqə uyğundur. Ukrayna qanunvericiliyinə görə, ölkədə yaşayan çoxsaylı milli azlıqların ana dillərində verilişlər yayımlanması mümkündür. Buna görə də telekanalların birində Azərbaycan dilində verilişin yayımlanması üçün Ukrayna dövləti müvafiq kömək göstərə bilər.

O.Nalivayko, öz növbəsində, Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi, media sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

O bildirib ki, irəli sürülən təklif dəyərələndiriləcək.

Tarix
2020.01.28 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla