Yuxarı

Polis insanları döyərək evlərə saldı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis insanları döyərək evlərə saldı – Foto

Martın 25-də Hindistanda koronavirusa görə fövqəladə vəziyyət elan olunub. Polis bu qadağanı pozan şəxsləri dəyənəklə döyərək evlərinə getməyə məcbur edib. Bununla bağlı sosial şəbəkələrdə çoxlu sayda video-görüntü yayılıb və sərt tənqid olunub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, dünyada koronavirusla mübarizə ilə bağlı ən sərt tədbirlər 1.3 milyard əhalisi olan Hindistanda müşahidə edilib. Çindən sonra ən çox əhalisi olan Hindistanda insanların evdə qalması üçün polis sərt addımlar atır. Ölkə rəsmiləri bildirib ki, qaydanı pozanları hətta 1 ilə qədər həbs gözləyir.

Əslində alış-veriş üçün evdən çıxmağa icazə verilsə də, ölkənin ən böyük şəhərlərində, o cümlədən Mumbay və Yeni Dehlidə polis marketə getmək üçün evdən çıxan insanları da dəyənəklə döyərək, evə getməyə məcbur edib.

Bir evdə xidmətçi işləyən Alok Barman adlı sakin bildirib ki, qida məhsulları almaq üçün evdən çıxıb və polis tərəfindən döyülərək, geri qaytarılıb. Onun sözlərinə görə, insanlar qorxusundan evdən çölə çıxmır, nəticədə evdə yeməyə heç nə tapmır, ac qalırlar.

Yayılan videoların birində polisin dükanı açdığına görə dükan sahibini və gələn müştəriləri dəyənəklə döydüyü əks olunub.

Qeyd edək ki, hazırda Hindistanda 563 nəfərdə koronavirus aşkarlandığı, 10 nəfərin virusdan dünyasını dəyişdiyi bildirilir. Ölkədə yetərincə koronavirus testləti aparılmadığı üçün ehtimal olunur ki, yoluxanların sayı dəfələrlə çoxdur.

Xatırladaq ki, martın 25-də Hindistanda fövqəladə vəziyyət elan olunub. Hindistanın Baş naziri Narendra Modi televiziya vasitəsilə xalqa müraciətində bildirib ki, fövqəladə vəziyyət 3 həftə, yəni 21 gün davam edəcək:

“Növbəti günlərdə evdən çıxmağı unudun. Evdə qalın. Bu addım ölkəmizin hər bir vətəndaşının həyatını xilas etmək üçün atılır. Şübhəsiz, bunun nəticələri olacaq, lakin hər bir vətəndaşımızın həyatını xilas etmək mənim üçün, Hindistan hökuməti üçün prioritetdir”.

Baş nazir həmçinin açıqlamasında bildirmişdi ki, 3 həftə ərzində yalnız tibb işçiləri, hərbiçilər, media mənsubları evdən çölə çıxa bilər. Adi vətəndaşlar isə yalnız səhhəti ilə bağlı problem yarandıqda və qidaya ehtiyac olduqda evdən çölə çıxa bilər.

Tarix
2020.03.26 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla