Yuxarı

Mənsimovun gəmisində şampan şüşəsi sındırıldı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənsimovun gəmisində şampan şüşəsi sındırıldı - Foto

Palmali Şirkətlər Qrupunun Türkiyənin İzmit bölgəsində yerləşən "Armada Shipyard" tərsanəsində ilk gəminin suya salınma mərasimi keçirildi. Gəminin əsas korpusunun inşası 2014-cü ilin may ayında başlamışdı.

Trend xəbər verir ki, yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.

Təntənəli tədbirə "Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, Rusyanın Istanbuldakı Baş konsulu Alexey Yerxov, nüfuzlu iş adamları və siyasətçiləri də qatılıb. Mərasimdə söz alan Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov bu il daha 4 gəminin öz tərsanəsində buraxılacağını deyib.

Yelena Storojeva-Qolovuşkina anası Olqa Qolovuşkinanın adını daşıyan gəminin xaç anası olub və dənizçi adət-ənənələrinə uyğun olaraq şampan şüşəsini gəminin gövdəsinə çırparaq gəmiyə uğurlu yol arzulayıb.

Olqa Qolovuşkina neft sənayesinin, xüsusilə də loqistika sahəsinin tanınmış isimlərindən biridir. Palmalinin önəmli tərəfdaşlarından biri olub. Bildirildiyinə görə, Mübariz Mənsimovun ona bir vəfa borcu olub və onun xatirəsini belə yaşadıb.

Gəminin texniki xüsusiyyətlərinə görə Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. Tanker dəniz şəraitində 7500 ton dedveyt yük götürür.

"Palmali" şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır. Həmçinin şirkət digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

Tarix
2015.03.09 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla