Yuxarı

Deputat: “Ukraynanın elə silahları var ki...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat: “Ukraynanın elə silahları var ki...”

Ukraynanın ABŞ-ın "Javelin" tank əleyhinə raketlərindən də güclü silahı var.

Axar.az xəbər verir ki, bunu Ukrayna parlamentinin milli təhlükəsizlik və müdafiə məsələləri komitəsinin katibi İvan Vinnik "kanal 24"-ə verdiyi açıqlamasında deyib.

O, bildirib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının hərbi kabinetinin iclası zamanı ölkənin hərbi-sənaye kompleksinin daha effektli istifadəsi müzakirə olunub.

Deputatın sözlərinə görə, Ukraynanın çox güclü silahları var, lakin anti-terror əməliyyatlarında istifadə etmir.

"Biz ABŞ-dan uçan silahlar istəyirik, amma bizim Ukraynada "Stuqna" tank əleyhinə raket kompleksi hazırlayan "Luç" konstruktor bürosu var. Onlar texniki-taktiki xarakterlərinə görə, "Javelin"ləri üstələyir. Bu büro ildə 700 ədəd belə kompleks hazırlaya bilər" – Vinnik bildirib.

Vinnik qeyd edib ki, bu raket kompleksləri Donbasdakı hadisələrin gedişini dəyişə biləcək qədər güclü silahlardır.

Tarix
2015.03.14 / 11:20
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla