Yuxarı

İsrailin fələstinlilərlə bağlı böyük planı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordan vadisini birləşdirdikdən sonra bölgədə yaşayan fələstinlilərə İsrail vətəndaşlığı verilməyəcək.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, burada yaşayan fələstinlilər Fələstin vətəndaşı olmağa davam edəcək.

Baş nazir sağçıların Donald Trampın Orta Şərq sülh planının Fələstinə müstəqil dövlət seçmək hüququ verməsi ilə bağlı tənqidlərinə də toxunub. O deyib ki, Fələstin xalqı Qərbi Şəriyədə İsrailin nəzarətini qəbul etsələr, Trampın dövlət olaraq açıqladığı quruluşa sahib olacaqlar:

"Fələstinlilər Orta Şərq sülh planını qəbul etməsələr, çətin şərtlərə məruz qalacaqlar”.

B.Netanyahu eyni zamanda Qərbi Şəriyənin birləşdirilməsi halında Fələstin xalqının qəbul etməsi vacib olan şərtləri də açıqlayıb:

"İsrailin Qərbi Şəriyədə tamamilə nəzarəti ələ alması, Qüdsün tamamilə İsrailin nəzarətində olması, bir dənə də olsun fələstinli miqrantın geri qayıtmaması, yəhudi yaşayış məntəqələrinin boşadılmaması, Fələstin xalqının İsrailin bütün bölgə üzərində müstəqilliyini qəbul etməsi vacibdir. Əgər onlar bu şərtləri qəbul edərsə, özlərinə aid quruluşları olacaq".

Baş nazir həmçinin qeyd edib ki, Qərbi Şəriyə ilə İordan vadisini birləşdirmək tarixi bir addım olacaq.

Tarix
2020.05.29 / 09:45
Müəllif
Samir Soltanov
Şərhlər
Digər xəbərlər

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

Baqrat bu “ordu” ilə Nikolu yıxmağa gedir - Video

Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilir

Prezidentlər Birgə Bəyannamə imzaladılar

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan-Bolqarıstan sənədləri imzalandı

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla