Yuxarı

İŞİD bu ölkəni susuz qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD bu ölkəni susuz qoydu

Ötən əsrin 90-cı illərində İraq diktatoru Səddam Hüseyn I Körfəz müharibəsindən sonra ölkənin cənubundakı bataqlıqları qurutmuşdu. Səddam Hüseyn bununla ona qarşı çıxan şiə qəbilələrini cəzalandırırdı.

Bataqlıqların qurudulması həm bu ərazilərin canlı aləminin məhvinə səbəb olmuşdu, həm də camışçılıqla məşğul olan yerli əhalinin həyat tərzinə böyük zərbə vurmuşdu.

2003-cü ildə bataqlıqlara yenidən su gəlmişdi. Yerli əhali də camışçılıq təsərrüfatlarını bərpa etmişdi.

Ancaq indi onlar bir daha öz ərazilərini tərk etmək məcburiyyəti ilə üzləşiblər. Çünki bataqlıqlar yenə qurudulur. Bu dəfə səbəbkar Səddam yox, Fərat çayı boyunca su bəndlərini ələ keçirmiş İŞİD-dir.

Su İraqda hələ İŞİD-dən xeyli əvvəl problemli məsələ olub. Su israfçılığı, çirklənmə və əhali artımı İraq, Suriya və Türkiyədə 27 milyon insanın əsas su mənbəyi olan Fərat çayının ehtiyatını tükətməkdədir.

İraq rəsmiləri bildirirlər ki, İŞİD ötən ay Ənbar vilayətində Ramadi bəndini ələ keçirəndən sonra su təchizatı daha da pisləşib.

Yayda temperaturun və quraqlıq riskinin çox yüksək olduğu, əsas sanitariya şərtlərinin isə çox aşağı olduğu bu cür ərazilərdə suyun kəsilməsi fəlakət kimi qiymətləndirilir. İraqın cənubundakı bataqlıqlar bu cür fəlakətin astanasındadır.

İSİD-in su müharibəsindən təkcə İraqın cənubundakı əhali deyil, digər əyalətlər də zərər çəkir. Ölkə parlamentinin Kənd Təsərrüfatı və Su Komitəsinin üzvü Furat əl-Timimi deyir ki, İŞİD Ramadi bəndini tutduqdan sonra faktiki olaraq Babil, Kərbəla, Nəcəf və Qadisiyah əyalətlərinin su təchizatına nəzarəti ələ alıb. Fərat çayının su buraxılışı 50 fazi azalıb.

Babil Əyalət Şurasının üzvü Riad Adday deyib ki, minlərlə kvadrat kilometr təsərrüfat və otlaq ərazi lazımi qədər su görmədiyindən quruyur.

Quraqlıq əyalətin heyvan aləmini də təhlükə altında qoyub. İraqın Su Ehtiyatları Nazirliyinin rəsmisi Əli Haşimin sözlərinə görə, İŞİD taktiki və hərbi üstünlük əldə etmək üçün Ramadi və Fəllucə bəndlərini sabotaj etsə, ölkəyə ölçüyəgəlməz zərər yetirər. Bununla da hərbi üstünlük əldə edə bilər.

Tarix
2015.06.28 / 23:39
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin nömrəsi məndə var - Simonyan

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla