Elm adamları minillik bir tarixə dayanan və dəniz
sularında qərq olan obyektləri gərgin axtarışlar nəticəsində üzə
çıxarmağı bacarıb.
Dənizin dibindən çıxarılan zinət əşyaları, qədim qurğular və bir
çoxlarının varlığına inanmadığı sualtında qalmış şəhər həyatın
mürəkkəb sirlərlə dolu olduğuna dəlalət edir.
Yunanıstanın antik kompüteri
1900-cü ildə Elias Stadiatos adlı bir yunan Antikzera adlı kiçik
bir adanın yaxınlığında qədim zamanlarda batmış bir gəmi tapıb.
Bu, təxminən eramızdan əvvəl 87-ci ildə batan bir yük gəmisi
idi. İçində olan "Antikzera" qurğusu ən köhnə çarxlı
qurğulardandır. Bu qurğu kəşf edildiyi gündən bu yana elm və
texnologiya sahəsində araşdırma aparan tarixçilər üçün hələ də sirr
olaraq qalıb.
Bu qurğunun hansı işə yaramasıyla əlaqədar ən çox qəbul edilən
görüş ondan ibarətdir ki, qurğu göy cismlərinin səmadakı
mövqelərini modelləşdirməyə yarayan cihaz, "analoq
kompüter"dir.
"Apollo 11"-in mühərrikləri
2013-cü ilin mart ayında "Amazon"un idarə heyətinin sədri Jeff
Bezos ağlasığmaz bir şey etməyə qərar verərək, "Apollo 11"in
dənizin dibində basdırılmış mühərriklərini çıxartmağın vaxtı
gəldiyini bildirdi.
Kosmos gəmisinin parçaları 1969-dan bəri okeanda qalmışdı.
Çıxarılan mühərrik parçaları "Kanzas Cosmosphere" və Kosmos
Mərkəzində sərgilənmək üçün təmir edildi.
Antik şəhər
Şəhərin hamısını su üzərinə çıxarmaq mümkün olmasa da, tarixin
dərinliklərində itdiyi güman edilən şəhərin varlığı sübut olunub.
Günümüzün müasir texnologiyaları su altındakı bu yerləri yenidən
kəşf etməyə imkan yaratdı.
Bunların ən diqqət çəkən nümunələrindən biri 2000-ci ildə Misir
sahillərinin dərinliklərində tapılıb. Batmış Tonis şəhəri min illik
bir keçmişə sahibdir.
Çıxarılan və bərpa edilən bəzi tapıntılar keçmiş dövrün
zənginliyini göz önünə çıxarır.