Ana səhifə Planet |
ABŞ Dövlət katibi Entoni Blinken və nümayəndə heyəti Ankaraya bu gün gecə saatlarında hərbi-nəqliyyat təyyarəsi ilə gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, Blinkeni Ankaranın Esenboğa hava limanında ABŞ-ın Türkiyədəki səfiri Cefri Flek, Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə ikili siyasi işlər müdiri Yaprak Balkan, Ankara valisinin müavini Namiq Kamal Nazlı qarşılayıb.
Blinkenin bu gün Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcəyi, Qəzzadakı vəziyyət, regional məsələlər və ikili münasibətləri müzakirə edəcəkləri bildirilib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinkenin 2-10 noyabr tarixlərində İsrail, İordaniya, Yaponiya, Cənubi Koreya və Hindistana səfər edəcəyi bildirilmişdi. Səfər edəcəyi ölkələr arasında adı çəkilməsə də, Blinkenin Mahmud Abbas və Hakan Fidanla da görüşəcəyi haqda media xəbər tirajlamışdı. Maraqlıdır ki, Blinkenin səfər turunda əvvəlcədən elan olunmamış marşrutlar müşahidə edildi. Belə ki, o, İsrail, İordan çayının qərb sahili (Ramallah), İordaniya, İraqa səfər etdi və bu gecə Türkiyəyə gəldi.
Medianın məlumatına görə, Hakan Fidan Blinkenə İsrail-HƏMAS müharibəsini sülh yolu ilə nizamlamaq üçün 4 maddəlik təklif təqdim edəcək.
Tarix
2023.11.06 / 11:28
|
Müəllif
Axar.az
|