Yuxarı

Venesuela nefti bahalaşdırmağa çalışır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Venesuela nefti bahalaşdırmağa çalışır

Neft bazarlarında qiymətləri stabilləşdirmək üçün OPEK ölkələrinə yeni təkliflər göndərəcəyik.

Axar.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib.

"Neft hasil edən ölkələr bazarlara nəzarət etməli və qiymətləri stabilləşdirməlidir", - Maduro bildirib.

O, OPEK-ə göndəriləcək təkliflərin detalları barədə isə heç bir məlumat verməyib.

Qeyd edək ki, fevralın 16-da Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıb. Venesuelanın Neft naziri Euloxio Pino Ekvador, Əlcəzair, Nigeriya, Oman və Küveytin bu qərarı dəstəklədiyini açıqlayıb. İran isə hasilatı dondurub-dondurmayacağını açıqlamadan sazişi dəstəklədiyini bildirib.

Birjalarda neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.

Tarix
2016.02.20 / 12:35
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla