Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
13:29
| Ana səhifə Planet |
|
İsrail İranın Suriyadakı konsulluğuna hücum etməyib.
Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Bildirilib ki, Təl-Əviv Dəməşqdə hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir.
Qeyd olunur ki, zərbə SEPAH-ın Qüds briqadasının istifadə etdiyi hərbi hədəfə endirilib.
Xatırladaq ki, İran səfirliyinin yanındakı binaya (İran konsulluğunun binası olduğu bildirilir) endirilən zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb. Eyni zamanda iranlı diplomatların da öldüyü bildirilir. Buna baxmayaraq, ölən SEPAH zabitlərinin adı açıqlansa da, diplomatlar haqda heç bir bilgi yoxdur.
|
Tarix
2024.04.02 / 11:27
|
Müəllif
Zeynəb Əkbər
|