Yuxarı

Türkiyədə AKP-dən olan bələdiyyə sədri döyüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə AKP-dən olan bələdiyyə sədri döyüldü

Türkiyənin Trabzon şəhərinin Tonya rayonunun bələdiyyə sədri Osman Beşel vəzifə başında döyülüb.

Axar.az xəbər verir ki, bu barədə yerli “Tonyanın sözü” nəşri məlumat yayıb.

Bildirilib ki, Tonya bələdiyyəsində işləyən H.U. və H.K. adlı iki nəfər verilmiş tənbehə görə bələdiyyə sədri Beşelin otağına daxil olaraq onu döyüblər.

“Həmin şəxslər dava zamanı O.Beşelin üzünü və bədənini yumruqlamağa başlayıb. Səsə gələn bələdiyyənin digər əməkdaşları hücum edən şəxsləri ərazidən uzaqlaşdırıblar”, – nəşr yazıb.

Məlumata görə, polis hücum edən şəxsləri saxlayıb.

Qeyd edək ki, Osman Beşel Ədalət və İnkişaf Partiyasının (AK Partiya) üzvüdür. O, son yerli seçkilərdə səslərin 43,04 faizini toplayaraq sözügedən rayonun bələdiyyə sədri seçilib.

Tarix
2024.05.25 / 09:50
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla