Yuxarı

Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr...

Cari ilin yanvar-oktyabr ərzində Rusiya Federasiyasına 956.7 milyon, Türkiyəyə 477,6 milyon, Gürcüstana 234,6 milyon, İsveçrəyə 168,9 milyon, ABŞ-a isə 118,1 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Axar.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac İcmalı”da deyilir.

2024-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (113 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda İsveçrə (49.3 milyon dollar) ikinci, Türkiyə (42.5 milyon dollar) üçüncü olub.

2024-cü ilin oktyabr ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (48,1 milyon dollar) birinci, xurma (23,8 milyon dollar) ikinci, meşə fındığı (23,4 milyon dollar) üçüncü olub.

2024-cü ilin yanvar-oktyabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “MKT İstehsalat Kommersiya” MMC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “ASG Business Aviation” MMC, “Baku Steel Company” QSC, Süleymanova Göhər Süleyman qızı, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Atena” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Tabaterra" QSC, "P-aqro" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərenerji” ASC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Suraxanı Maşınqayırma zavodu” ASC, “Azəripək” MMC.

Tarix
2024.11.29 / 20:45
Müəllif
Axar.az
Digər xəbərlər

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla