Rusiya bir gecədə bu qədər PUA məhv edib
09:54
Ana səhifə Planet |
Bəşər Əsəd rejimi devrilərkən İraqa qaçan Suriya rejiminin 1905 əsgəri yeni hökumətə təhvil verilib.
Axar.az xəbər verir ki, əsgərlərin yeni hökumətə təhvil verilməsinin fotosu sosial şəbəkələrdə yayılıb.
İraqın Təhlükəsizlik üzrə Media Şəbəkəsinin X hesabından verilən məlumata görə, hərbçilər iki ölkə sərhədindəki Əl-Qaim sərhəd qapısından təhvil verilib.
Əsgərlərin ailələrinə təhvil veriləcəyi bildirilib.
İraqın Müdafiə Nazirliyi də suriyalı əsgərlərdən alınmış silahları yeni Suriya hökumətinə verəcəyini açıqlayıb.
Tarix
2024.12.20 / 02:20
|
Müəllif
Axar.az
|