Yuxarı

Çevriliş təhlükəsi: Baş nazir təcili iclas çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çevriliş təhlükəsi: Baş nazir təcili iclas çağırdı

Slovakiyanın Baş naziri Robert Fitso hökumətin devrilməsi təhlükəsi ilə əlaqədar yanvarın 23-də ölkənin Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Axar.az xəbər verir ki, o, bunu mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkədə mövcud hökuməti devirmək məqsədilə xarici ekspertlərdən ibarət qrup fəaliyyət göstərir:

"Hazırlanan model çox sadədir və bir çox ölkələrdə sınaqdan keçirilib. Təsdiq edə bilərəm ki, Slovakiyada Gürcüstandakı hadisələrdə və Ukrayna Maydan hadisələrində fəal iştirak edən ekspert qrupu var, bu qrup müxtəlif mənbələrdən maliyyələşdirilir".

R.Fitso bildirib ki, hökumət əleyhinə etiraz aksiyaları zamanı dövlət orqanlarının işinə mane olmaq üçün hökumət binalarına soxulmaq və ya onları ələ keçirmək cəhdləri ola bilər.

Tarix
2025.01.22 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla