Yuxarı

Batya üçün vacib gün: Prezident seçkiləri başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Batya üçün vacib gün: Prezident seçkiləri başladı

Belarusda prezident seçkiləri ilə bağlı səsvermə başlayıb.

Axar.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 09.00) başlayıb və axşam saat 20:00-da başa çatacaq.

Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya, Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus Kommunist Partiyasından Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasından Aleksandr Xijnyakdır.

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karprenko mətbuata açıqlamasında bildirib ki, prezident seçkiləri üçün 486 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Səsvermənin yekun nəticələri fevralın 5-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən elan ediləcək.

Seçkiləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, Mərkəzi Seçki Komissiyasının nümayəndələri də müşahidə edirlər.

Tarix
2025.01.26 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla