Ana səhifə Planet |
Sabahdan boykot güc yığacaq. Tələbələr və işçilər bizə qoşulur.
Axar.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanın keçmiş meri Ayk Marutyan Feysbuk səhifəsində yazıb.
“Hörmətli zəhmətkeş xalq və əziz tələbələr, sabah siz ilk dəfə bahalaşmış nəqliyyatdan istifadə edəcəksiniz. Əvvəla qeyd edək ki, hakimiyyət bir bilet üçün 300 dram istəyirdi, ortaq mübarizəmiz sayəsində bu gün 150 dram istəyir. Amma bu bazar deyil ki, əvvəlcə 300 dram deyib, sonra qiyməti 150-yə endirək ki, hamı razı qalsın.
Sabahdan etibarən boykot daha da güclənəcək. Tələbələr və işçilər bizə qoşulur. 100 dram verib gedib nəqliyyatdan istifadə edirik”, - o yazıb.
Qeyd edək ki, hökumətin İrəvanda ictimai nəqliyyatın qiymətini qaldırmaq istəyi ciddi etirazla qarşılanmışdı.
Tarix
2025.02.02 / 23:33
|
Müəllif
Axar.az
|