Yuxarı

Rusiya türk ölkəsini “ram edir”: Minnixanov etiraz etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Dövlət Duması yerli özünüidarə haqqında yeni qanun layihəsi hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, qanun layihəsi ikipilləli sistemin saxlanmasını nəzərdə tutsa da, birinci dərəcəli bələdiyyələri – şəhər və kənd bələdiyyələrini ləğv edəcək və birpilləli yerli özünüidarə sisteminə keçəcək.

Bir sıra yerli analitiklər, subyektlər, xüsusilə Tatarıstan bununla razı deyil. Hətta bu ilin yanvarında qanun layihəsi müzakirəyə çıxarılandan sonra Tatarıstan rəhbəri Rüstəm Minnixanov Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinə məktub göndərmişdi.

“Rusiya bir şablonla idarə oluna bilməz”, - Minnixanov qanun layihəsinə etirazını bildirmişdi.

“Kreml çox güman ki, Tatarıstan və Dövlət Dumasının sədri Vyaçeslav Volodin ətrafında yaradılmış şərti koalisiyaya müəyyən güzəştlər edəcək, çünki Tatarıstan Rusiyanın regional sistemində kifayət qədər unikal mövqe tutur və bir sıra hallarda mərkəzi hökumətdən güzəştlər əldə etmək iqtidarındadır. Bəlkə də bu dəfə də belə olacaq. Ümumiyyətlə, yerli özünüidarənin yeni sistemi tətbiq edilərkən əsas məqsəd mərkəzləşdirilmiş hakimiyyəti gücləndirmək və yerli özünüidarənin səviyyəsini yüksəltməkdir. Dəyişikliklərin rəsmi olaraq xərclərin sadələşdirilməsinə yönəldiyi bildirilsə də, analitiklər Kremlin bu addımını düşünülmüş hesab edirlər: mərkəzi hakimiyyətə qarşı çıxa bilən qurumların ləğvi. Məsələ burasındadır ki, Rusiya qanunvericiliyinə görə, yerli özünüidarə konstitusion təsisatıdır və o, həm də vətəndaş cəmiyyətinin mühüm və “kütləvi təşəbbüs” platforması hesab olunur. Bu o deməkdir ki, hətta Rusiyanın indiki idarəetmə sistemi çərçivəsində də mərkəzə qarşı çıxmaq mümkündür. Ona görə də Kreml strateqləri artıq onu neytrallaşdırmaq və sakitləşdirmək üçün mümkün olan hər şeyi etməyə çalışırlar. Diqqət çəkən məqam odur ki, bu dəyişikliklər guya regionlar tərəfindən ediləcək, amma əslində bu, federal maliyyə hesabına həyata keçiriləcək mərkəzin sifarişi olacaq”, - məlumatda bildirilib.

Rusiya Dövlət Dumasında sözügedən qanun layihəsinə əsas etirazlar Kommunist Partiyası və Ədalətli Rusiya – Həqiqət Uğrunda Partiyasıdır.

Tarix
2025.02.12 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?

ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

Qaliblər Vətəndə belə qarşılandı - Video

Azərbaycanın İsrailə yatırdığı investisiyanın həcmi...

İlham Əliyev Trampa buna görə təşəkkür etdi

Gürcüstan Azərbaycana olan borcunu tam ödədi

Paşinyan Zəngəzur dəhlizinə sadiq olduğunu təsdiqlədi

Bakıda İsrail və Suriya arasında kritik görüş: Barak da qatılır

Trampdan Azərbaycan və Ermənistanla bağlı paylaşım...

Putini bir müsahibə ilə darmadağın etdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla