Yuxarı

ABŞ buna 50 trilyon xərcləyib: İndi Tramp tələb edir ki…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ buna 50 trilyon xərcləyib: İndi Tramp tələb edir ki…

1945-1991-ci illər arasında ABŞ Qərbi Avropanın təhlükəsizliyinin təminatı üçün təqribən 50 trilyon dollar xərclədi. Təbii ki, bu xərclər SSRİ kimi bədheybətin və Moskvanın nəzarətində olan Varşava Müqaviləsi Təşkilatının qarşısını kəsmək üçün - ABŞ-SSRİ qarşıdurmasının nəticəsi idi. Amma məsələ odur ki, ABŞ Avropanın təhlükəsizliyinə trilyonlarla dollar xərclədiyi zaman Qərbi Avropa ölkələri hərbi xərclərini azaldıb, sosial-iqtisadi problemlərin həllinə pul xərcləməyə başladılar.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

“1970-ci ildə məlum oldu ki, məsələn, orta statistik belçikalı orta statistik amerikalıdan 2 dəfə yaxşı yaşayır – çünki Belçikanın təhlükəsizliyini ABŞ öz pulu hesabına təmin edir, həmin ölkənin hökumətləri isə müdafiə xərclərinə qənaət edib, rifah halı yüksək cəmiyyət qurur.

1980-ci ildə artıq Qərbi Avropanın istənilən ölkəsinin orta statistik vətəndaşı ABŞ-ın orta statistik sakinindən daha yaxşı yaşamağa, keyfiyyətli pulsuz təhsil, səhiyyə xidməti və s. almağa başladı. SSRİ dağılandan sonra ABŞ-ın “transatlantik-qlobalist” elitası bu yardımın əvəzinə Avropada öz siyasi tərəfdaşlarını, “psevdo-liberal klanları” hakimiyyətə gətirdi. Yəni SSRİ dağılandan, Rusiya zəifləyəndən sonra bütün diqqəti rəsmi Moskvanı “qucaqlayıb boğmağa” yönəltməkdənsə, öz ideologiyasını Avropada hakimi-mütləq qılmağa çalışdı. Bu ideologiya isə insanlığın təməl prinsiplərinə zidd idi – iqtisadiyyatda da “aşırı tənzimləmə” metodları ilə əsl liberal bazarı, rəqabəti, demokratiyanı, fikir azadlığını boğmağa başladılar.

Tramp və komandasını “pulgir” kimi təqdim edən həmin “ideloji xətt” anlamır ki, 80 il Avropanın təhlükəsizliyinə trilyonlarla dollar xərcləmiş ABŞ indi onlara “pulsuz çətir” olmaq istəmir. Trampın “ÜDM-lərinizin 4-5%-ni hərbi xərclərə yönəldin” tələbi “pulgirlik” məsələsi deyil, adi, soyuqqanlı hesab-kitabdır. Əslində, Tramp və komandasının Avropada özlərinə ideoloji yaxın siyasi partiyaları dəstəkləməsinin əsl səbəbi də budur - obrazlı desək, “Obama-Bayden elitasını” öz elitası ilə əvəzləmək cəhdidir və bu artıq qlobal ideoloji qarşıdurmadır.

Tramp və komadasının “sağ-sağlam” konservatizmi əsas ideoloji xətt elan etməsi Rusiyanın “dünya konservatorlarının mərkəzi” olmaq, qlobal layihəyə çevrilmək cəhdlərini də darmadağın edir ki, bu çox yaxşıdır”, - o bildirib.

Tarix
2025.02.18 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla