
Husilər ABŞ PUA-sını məhv etdi
01:47
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Avropa Birliyinin (AB) nümayəndə heyəti Silivridə həbsxanada olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə Türkikyə mediası məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinin arasında Avropa Parlamentinin sədr müavini Katerina Barli də olub.
Nümayəndə heyəti “siyasi məhbuslar”ın azad edilməsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çağırış edib.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu barəsində 23 martda həbs qərarı çıxarılıb.
Tarix
2025.03.29 / 16:15
|
Müəllif
Samir Soltanov
|