Yuxarı

Rumıniyada seçkilər: Ekzit-poll nəticələri açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda aparılan ekzit-poll nəticələrinə əsasən, müstəqil namizəd Nikuşor Dan 54,9 faiz səslə öndə gedir. Onun rəqibi, AUR Partiyasının lideri Corce Simion isə 45,1 faiz səs toplayıb.

Axar.az xəbər verir ki, bu nəticələr “Avangarde” Sosial-Davranış Araşdırmaları Qrupu tərəfindən məlumatlara əsasən açıqlanıb və yalnız Rumıniya ərazisində yerləşən seçki məntəqələrində verilmiş səsləri əhatə edir.

Xaricdə yaşayan rumınların, diasporanın səsi hələlik bu statistikaya daxil edilməyib.

Qeyd edək ki, 2025-ci il prezident seçkiləri Rumıniya üçün mühüm əhəmiyyət kəsb edir. Namizədlər arasında ciddi ideoloji fərqlər mövcuddur. Nikuşor Dan Avropa İttifaqına inteqrasiya və islahatçı yanaşmanı dəstəkləyir, Corce Simion isə daha çox milli dəyərləri önə çəkən, avroskeptik mövqe göstərir.

Diaspordan gələn səslərin yüksək iştirakı yekun nəticələrə əhəmiyyətli təsir göstərə bilər. Seçkilərə qatılmanın yüksək olması da diqqət çəkir.

Tarix
2025.05.18 / 23:13
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla