Yuxarı

Yanukoviçin keçmiş müşaviri güllələndi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnov Madridin elit məktəblərindən birinin yaxınlığında güllələnərək qətlə yetirilib.

Axar.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, 52 yaşlı siyasətçi Madriddəki Pozuelo-de-Alarkon rayonunda yerləşən “The American School” məktəbinin qarşısında öldürülüb. Portnov uşaqlarını məktəbə gətirərkən naməlum şəxs motosikletlə ona yaxınlaşıb və ukraynalıya beş dəfə atəş açıb. Güllələrdən dördü sinəsinə, biri isə başına dəyib.

Cinayətkar hadisə yerindən qaçıb və hazırda polis onu axtarır.

Xatırladaq ki, Andrey Portnov daha əvvəl dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək Avropa Birliyinin qara siyahısına salınmışdı. O, həmçinin 2014-cü ildə Maydan etirazlarını yatırtmaq məqsədilə qəbul edilmiş qanunların əsas ideoloqlarından biri hesab olunurdu.

Tarix
2025.05.21 / 14:37
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

ADY nümayəndələri Çində forumda iştirak etdilər

Cənubi Qafqazda münaqişə üçün real risk var - Rubio

Hərbçilərimiz Konyada tapşırıqları belə icra etdi - Video

Həcc ziyarəti ilə bağlı QMİ-dən növbəti açıqlama

Audiovizual Şura bu şirkəti 5 min manat cərmələdi

İlham Əliyev Budapeştdə mühüm iclasda çıxış etdi - Foto

Bakı və Zaqreb arasında siyasi məsləhətləşmələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla