Yuxarı

Konteyner gəmisində partlayış: ölənlər var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Kerala əyaləti sahillərində Sinqapur bayrağı altında üzən konteyner gəmisində partlayış baş verib.

Axar.az xəbər verir ki, gəminin göyərtəsində olan 5 dənizçi yaralanıb, 4 nəfər itkin düşüb.

Məlumata görə, gəmi Kolombodan (Şri-Lanka) Mumbay limanına doğru gedirmiş və oraya iyunun 10-da çatmalı idi. Konteyner gəmisi Koçin limanından keçərkən göyərtəsində partlayış baş verib, daha sonra yanğın başlayıb.

Ümumilikdə gəmidə 22 ekipaj üzvü olub. Partlayışın səbəbi və konteyner gəmisinə dəyən zərərin həcmi hələlik dəqiqləşdirilməyib.

Orada hansı yükün olduğu da hələlik məlum deyil.

Hadisə yerinə Hindistan Sahil Mühafizəsi və Hindistan Hərbi Dəniz Qüvvələri göndərilib.

Tarix
2025.06.09 / 16:23
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla