
Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı
22:30
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İranın Xarici İşlər Nazirliyi ABŞ-nin İrana zərbələrini dəstəkləyən NATO-nun baş katibi Mark Rüttenin açıqlamasını tənqid edib.
Axar.az xəbər verir ki, müvafiq bəyanatı XİN nümayəndəsi İsmayıl Bəqai X hesabında dərc edib.
"NATO-nun baş katibinin suveren dövlətə qarşı təcavüz aktına görə təbrik etməsi utancverici, iyrənc və məsuliyyətsiz addımdır", - o yazıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində Rütte ilə yazışmasının ekran görüntüsünü paylaşıb. Yazışmada baş katib İranda qətiyyətli hərəkətlərinə görə Trampa təşəkkür edib. Onun sözlərinə görə, başqa heç kim bunu etməyə cürət etməzdi.
Tarix
2025.06.25 / 17:35
|
Müəllif
Axar.az
|