Yuxarı

Alimlərdən xəbərdarlıq: Tez-tez əllərinizi yuyursunuzsa...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmizlik, səliqə insanın ən gözəl xüsusiyyətlərindəndir. Lakin bəzən bu xüsusiyyətlər çox qabarıq, anormal forma alır ki, bu halda söhbət artıq obsessiv-kompulsiv psixiki pozulmadan gedir.

Sağlamolun.az-ın məlumatına görə, Amerika alimlərinin müşahidələrinə görə, bu pozulma əhalinin 1%-də müşahidə olunur. Obsessiv-kompulsiv pozulma mütləq müalicə olunmalıdır. Əks halda xəstəlik daha da ağırlaşır, insanın ailə və sosial həyatına olduqca mənfi təsir edir, hətta intiharlara səbəb olur.

Obsessiv-kompulsiv pozulmanın simptomları:

1. Əlləri tez-tez yumaq.

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər dəhşətli dərəcədə mikroblardan və infeksiyalardan qorxur ki, əllərini tez-tez yuyur, onları dəfələrlə sabunlayır, hər hansı bir əşyaya, digər insanın əlinə və s. toxunduqda dərhal əllərini yumağa gedir. Bəzən hamam otağından çıxdıqda "hiss edirlər" ki, əllərini yaxşı yumayıblar və yenə hamama qayıdıb əllərini yuyurlar.

2. Evi tez-tez yığışdırmaq.

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkən insanlar daim fikirləşir ki, onların evi çirklidir və bu səbəbdən evi tez-tez yığışdırırlar. Evi yığışdırdıqdan az bir müddət sonra (bəzən 1-2 saatdan sonra) onlar yenidən "natəmizlik" hiss edir və yenə hər şeyi təkrarlayırlar.

3. Daim hər şeyi yoxlamaq.

Belə insanlar gün ərzində dəfələrlə çöl qapısının bağlı olub-olmadığını yoxlayır, edən çıxanda dəfələrlə qayıdıb ütünü, qaz plitəni, işığı yoxlayırlar.

4. Daim ətrafda hər şeyi hesablamaq.

Obsessiv-kompulsiv pozulmadan əziyyət çəkənlər daim pilləkənləri, çöldə binaları, maşınları və s. hesablayırlar.

5. Yaxın insanlarla olan münasibətlərini daim analiz etmək.

Belə insanlar hər dediyi sözü, hərəkəti analiz edir, daim hər bir sözün, hərəkətin dost, kolleqa, ailə üzvlərinin xətrinə dəyib-dəymədiyi haqda fikirləşirlər və s.

6. Öz xarici görünüşündən narazı olmaq.

Bu narazılıq anormal forma alır. Belə insanlar saatlarla güzgünün qarşısında durur və onları qane etməyən detalı analiz edirlər (məsələn, "burnum çox uzundur", "sinəm çox böyükdür" və s.). Bu kateqoriya insanlar tez-tez səbəbsiz olaraq plastik cərrahlara müraciət edir və hər hansı "eybəcərliyi" düzəltməyə xahiş edirlər.

Tarix
2017.07.06 / 01:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

Rusiya-Ermənistan münasibətlərində həlledici an...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Rusiyadan Bayramov-Mirzoyan görüşünə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla