Yuxarı

Donuz qripindən bu qidalarla qorunun

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Donuz qripindən bu qidalarla qorunun

Qırmızı bibər: Portağalın tərkibində olan C vitamini, bunda ikiqat artıqdır. C vitamini qripin təsirini 80 faiz azaldır və faydalıdır.

Qatıq: Tərkibində faydalı olan probiotik bakteriyası bağırsaqlarda mikroblara qarşı döyüşən güclü bir təsirdir. Beləcə, qrip virusu bədəndə azalır.

Yaşıl çay: Tərkibində immuniteti gücləndirən "epigallocatechin gallate" kimyəvi maddə vardır. Hər gün 3 fincan içmək tövsiyə edilir.

Qırmızı böyürtkən: ABŞ-ın elm adamları hər gün 200 milliqram qırmızı böyürtkən yeməklə qrip riskinin 31 faiz azaldığı təyin olundu. İmmunitet sistemini gücləndirir.

Badam: Xəstəliklərlə döyüşən antioksid E vitamini ilə zəngindir. Qripdən qorunmaq üçün hər gün bir pay olaraq 24 dənə badam yeməyə çalışın.

Təzə kartof: Tərkibində olan "beta carote", qripdən qoruyur. Bədəndə A vitaminə çevrilir və qripə qarşı faydalıdır.

Toyuq şorbası: Bədəndə mukus çatışmazlığını artıraraq qripin boğaz ağrısı və öskürəyin qarşısını alır.

Sarımsaq: Sülfür maddəsi qrip mövsümündə bu xəstəliyə tutulma riskini 2.5 qat azaldır və virusu yox edir. Təzə və yerli sarımsaq daha təsirlidir.


Zəncəfil: Tərkibində təbii olan "gingerol" maddəsi, hər cür infeksiyanı məhv edir. Zəncəfil çayını içməniz məsləhətdir.

Qoz: Antioksid qrip və xərçəngin qarşısını alaraq qoruyur. Tərkibindəki selenyum maddəsi digər qidalardan 10 qat daha çoxdur.

Sitrus bitkiləri: Tərkibində C vitamini var. Xüsusi ilə siqaret çəkən hər kəsin qripə tutulma riski daha yüksək olduğu üçün bol-bol C vitamini qəbul etməniz vacibdir.

Bal: Təbii maddələrə malikdir. Çaya və qatığa qataraq istifadə etsəniz təsiri daha da güclü olar.

Kələm: İspanaq və kələm kimi tünd yaşıl yarpaqlı tərəvəzlər immunitet sisteminə və qripə qarşı çox təsirlidir. D vitamini ilə zəngindir.

Göbələk: Tərkibində beta-qlukan maddəsi qripə qarşı qoruyur və faydalıdır. İmmunitet sistemini gücləndirərək zəifləmənin qarşısını alır.

Yulaf: Lif, E və B vitamini ayrıca immunitet sistemini gücləndirən minerallar və beta-qlukanlarla zəngindir.

Alma: Elm adamları nizamlı olaraq alma yeyən insanların qripə tutulma riskinin azaldığını söyləyir. Hər gün C vitamini ehtiyacının 25 faizini qarşılayır.

Qırmızı ət: İmmunitet sistemini hərəkətə keçirmək üçün qırmızı ət istifadə etmək lazımdır. Yetkin yaşda olan hər kəsin, hər gün 40-60 qram ət yemələri tövsiyə edilir.

Balıq: Tərkibindəki omeqa 3 qrip və bənzər infeksiyaları uzaq tutaraq məhv edir. Həftə içi 2 boşqab balıq şorbası yeməniz vacibdir.

Soğan: Tərkibində "quercetin" maddəsi və təbii antibiotiklər var. Qripə qarşı immunitet sistemini gücləndirir.

Tarix
2013.11.23 / 04:38
Müəllif
Gülnarə Kərimova
Digər xəbərlər

Bayramov monteneqrolu həmkarı ilə görüşdü

Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi

Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi

AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?

Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla