Qaraciyər serrozundan əziyyət çəkən 17 yaşlı gəncin
köməyə ehtiyacı var.
Axar.az xəbər verir ki, Kamran Azad oğlu Paşazadə artıq bir neçə
ildir ki, qaraciyər serrozundan əziyyət çəkir. Xəstəliyin kəskin
həddində olan gənc bu xəstəliyə həkimlərin düzgün diaqnoz qoya
bilməməsi səbəbindən düçar olub.
Elə də ciddi olmayan xəstəlik üzündən həkimə müraciət edən gəncə
tamam başqa diaqnozlar qoyulub. Bu səbəblə uzun müddət gərəksiz
dərmanlar qəbul edib və müayinə olunub. Orqanizminə olduqca mənfi
təsir göstərən bu dərmanlar sonradan 17 yaşlı gəncin qaraciyər
serrozu tapması ilə nəticələnib.
Xəstəliyinin ağır olması üzündən məktəbə gedə bilməyən Kamranın
ali təhsil almaq arzusu da yarıda qalıb.
Hazırda yataq şəraitində müayinə olunan P.Kamranın tam sağalması
üçün ona qaraciyər köçürülməlidir.
Gəncin anası qeyd edir ki, onun əməliyyatı Belarusiyada
mümkündür. Bu əməliyyat üçün isə 120000 manat pul tələb olunur.
Kamranın anası bildirir ki, əməliyyat üçün tələb olunan vəsaitə
görə bir çox yerə müraciət edib, lakin edilən müraciətlər fayda
verməyib. Ailəyə oğlunun əməliyyatı üçün büdcədə vəsait olmadığını
bildiriblər.
Əli hər yerdən üzülən ailə övladlarını əməliyyat etdirmək üçün
maddi yardım istəyir.
Gəncin həyatda qalması üçün ona yardım etmək istəyənlər (055)
769-63-79 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Yardım məqsədilə
P.Kamran adına bankda hesab da açılıb.
Ailə 17 yaşlı gənc övladları üçün gələcək yardımları
gözləyir.
Paşazadə Kamran Azad oğlunun bank hesab
nömrəsi:
Bank Standard
VƏSAİTİN MANATLA KÖÇÜRÜLMƏSİ ÜÇÜN
ALANIN BANKI :
QSC BANK STANDARD KB Əhmədli filiali
SWİFT MOSZAZ22
Ünvan: BAKI şəhəri, Xətai r-nu M.Hadi 73
AR AMB MƏİ-də
AZ66NABZ01350100000000003944 saylı
KOD 507978 VÖEN 9900006801
HESAB NÖMRƏSİ :
AZ95MOSZ41010944180345683001
HESABİN SAHİBİ:
PAŞAZADƏ KAMRAN