Yuxarı

Sinir sistemi: orqanizminizi daha yaxşı tanıyın

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Periferik sinir sistemi beyin və onurğa beynindən başqa sinirlər və qanqlidən (sinir düyünü) ibarətdir. Bu sinir sisteminin əsas vəzifəsi mərkəzi sinir sistemi ilə duyğu orqanları və bədən üzvləri arasındakı rabitəni yaratmaqdır.

Axar.az xəbər verir ki, periferik sinir sistemi somatik və vegetativ olmaqla iki yerə ayrılır. Somatik skelet əzələlərinin sinirləridir. Bu sistemdə 3 cür neyron var. Bunlardan birincisi afferent neyronlarıdır. Afferent neyronlar duyğu orqanlarından, oynaqlardan və əzələlərdən məlumat alır, onu mərkəzi sinir sisteminə ötürür. Efferent adlanan ikinci növ neyronlar isə mərkəzi sinir sistemindən bədənin toxumasına və orqanlarına göstərişlər verir. İterneyronlar adlanan üçüncü tip neyronlar afferent və efferent sinirləri arasında əlaqə yaratmaqda məsuldur.

Vegetativ və ya avtonom sinir sistemi isə daxili orqanların fəaliyyətini tənzimləyir. Bu sistem daxili orqanlardan əldə etdiyi məlumat sayəsində bədənin ehtiyaclarını avtomatik olaraq qarşılayır və bədənin sabitliyini təmin edir. Avtonom sinir sistemi də özlüyündə iki yerə ayrılır: simpatik və parasimpatik.

Simpatik qanla təchiz olunmanı yaxşılaşdırır, ürəyin işini gücləndirir, arteriya damarlarında qan təzyiqini yüksəldir, qanda şəkərin miqdarını artırır.

Parasimpatik isə əksinə, ürəyi sakitlik vəziyyətinə gətirir, qan təzyiqini, qanda şəkərin miqdarını aşağı salır. Simpatik sistemin təsirindən sonra daxili orqanların fəaliyyətinin sürətlənməsinin qarşısını alaraq, sabitliyi qoruyur.

Tarix
2018.08.30 / 08:15
Müəllif
Aytac Araz
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla