Yuxarı

Uşaqlar niyə anaları ilə yatmaq istəyir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış psixoloq Gülnar Orucova Axar.az-a müsahibəsində valideynləri ilə yatmaq istəyən uşaqların psixoloji durumundan və başqa məsələlərdən söhbət açıb:

- Gülnar xanım, uşaqların neçə yaşdan sonra öz otaqları olmalıdır?

- Normalda 2 yaşı tamam olan hər bir uşağın öz otağı olmalıdır və tək yatmağı bacarmalıdır. Bizdə valideynlər övladlarına fərqli yanaşırlar. Bəzən elə olur ki, uşaqları 5-6 yaşına kimi yanlarında yatızdırırlar.

- 2 yaşdan yuxarı uşaqların valideynlə yatmasının mənfi təsirləri nədir?

- Bir müddət sonra onlarda ana-uşaq simbiozu əmələ gəlir. Yəni ana ilə uşaq həddindən artıq bir-birinə bağlanır. Bu simbiozun əmələ gəlməsi isə uşaqda özgüvənin aşağı olmasına, fobiya, qorxu ilə böyüməsinə səbəb olur. Bizdə uşaqlar yatmayanda valideynlər onları təhqir edərək, vuraraq yatızdırmağa çalışırlar. Uşaqların yatmamasının səbəbi onların rejimsiz olmasıdır. Uşaqlar valideynlə südəmər dövrdə yata bilərlər. Amma bu belə uşaq üçün təhlükəlidir. Həmin dövrdə analar yorğun olur deyə, körpənin necə yatmasından xəbərsiz olurlar.

- Analar adətən uşaqları yanlarında daha tez yuxuya getmələri üçün yatızdırır. Bunun üçün başqa çıxış yolları varmı?

- Övladlarının 2 yaşına kimi valideynlər onları yatırmaq üçün ən sadə üsuldan istifadə etməlidir. Yəni onların yanına uzanaraq, gözlərini yummalıdırlar. Bu, ilk günlərdə effektli olmasa da, sonrakı günlərdə təsirini göstərəcək. Bundan başqa, körpələri ilk gündən öz beşiklərində yelləmədən yatırtmaq lazımdır. Bu, bizim üçün asan olmaqla yanaşı, həm də onlarda yellənməyə görə gələcəkdə yarana biləcək fəsadların qarşısını ala bilər. Uşaqların vaxtında yatması üçün ona rejim qurulmalıdır. Rejimsiz uşaqlar yuxusu gələndə ağlayır, kobudlaşır, aqressiv olurlar. Yuxunun uşaqlar üçün böyük önəmi var.

- Bəs uşaqların oyuncaqları ilə yatması normaldır?

- Əgər uşaq yatmırsa, ona oyuncaq verilməsi də müəyyən dövr üçün effektlidir. Körpənin daimi olaraq, oyuncağı ilə yatması yaxşı hal deyil. Anaya bağlılıq kimi uşaqda o oyuncağa da bağlılıq yaranır. Belə olan halda, o, bütün sevgisini həmin oyuncağa verəcək.

- Gülnar xanım, ümumiyyətlə, uşaqlarda valideynlə birlikdə yatmaq istəyi nədən irəli gəlir?

- Uşaqların valideynləri ilə yatmaq istəyi müxtəlif səbəblərdən yarana bilər. Birincisi, bu, onların qorxaqlığından qaynaqlanır. Ailədən asılı olaraq, bu dəyişə bilər. Fiziki cəzalandırılan uşaqlar daha çox ana ilə yatmağa meyilli olurlar. Bəzən həmin uşaqlar atasını belə istəmir. Nadir hallarda atası ilə yatmaq istəyən uşaqlar olur. Bundan başqa, ata və ya ana uşağı evdə tək qoyub harasa gedirsə, onda itirmə qorxusu yaranır. Buna görə də həmin uşaqlar ana-ata yanında yatmaq istəyirlər. Bəzən də olur ki, uşaq valideynin birini itirir, o birini də itirməkdən qorxduğu üçün onunla yatır. Mənin pasiyentlərim arasında buna çox rast gəlmişəm. 13 yaşlı 7-ci sinifdə oxuyan şagird atasını itirib, anası ilə yatır. Yaşının çox olmasına baxmayaraq, anasını itirmək qorxusu olduğu üçün o, hələ də anası ilə yatmaq istəyir. Uşaqlar ölümü 7 yaşına kimi qavraya bilmirlər. 7 yaşdan sonra onlara bu barədə məlumat verilməlidir.

- Gecələr övladı narahat yatan valideynlərə nə tövsiyə edərdiniz?

- Uşaqlar gecə narahat yatır və hərdən ağlayırlarsa, belə uşaqları həmişə yatmazdan qabaq çimizdirmək lazımdır. Telefon, planşet onlardan uzaq tutulmalıdır. Bundan başqa, onları yatızdırmazdan qabaq 15-20 dəqiqə təmiz havada gəzdirmək məsləhətlidir. Qulaq asmasalar belə, onlara nağıl oxumaq lazımdır.

Tarix
2018.10.17 / 01:08
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezident tapşırığı: İrana humanitar yardım yola salınır

Əliyevdən İran açıqlaması: Davam edəcəyik!

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla