Yuxarı

Uşaqlarda adı bilinməyən xəstəliklərin səbəbi – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqlarda adı bilinməyən xəstəliklərin səbəbi – Həkim

Pedaqoqlar, psixoloqlar, sosioloqlar indiki uşaqların dəqiq "tərifi"ni verə bilmir. Çünki indiki uşalqar həyətdən daha çox planşetlə vaxt keçirilər. Bütün bunlar da adını ilk dəfə oxuduğunuz xəstəliklər yaradır.

Axar.az xəbər verir ki, bu sözləri pediat Vaqif Qarayev son illər uşaqlarda qeydə alınan davranış xəstəlikləri ilə bağlı danışarkən deyib.

Pediatr bildirib ki, uşaqlarda qeydə alınan əksər xəstəliklərin səbəbi həyətə çıxmamaq, təbiətlə təmasda olmamaqdır:

“Ağıllı, erudisiyalı, müstəqilliyə meyilli, maraq dairəsi geniş, bununla paralel impulsiv, aqressiv, pedaqogikanın qaydalarına uyuşmayan, "ekran tərbiyəli" uşaqlar yetişir. Səbəblər demək olar ki, hamıya məlumdur.

Köhnə həyətlər, köhnə binaların həyətləri həmişə hay-küylü olub. Yeni tikililərdə bu mənzərə nadir hallarda görünür. Həyət psixologiyası deyilən bir anlayış var. Həyət oyunları uşaqların psixikasının, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Kiçiklər böyüklərdən nə isə öyrənir və bu ardıcıllıq onillərlə davam edir, belə də olmalıdır. Bu, uşaqlarda həyətə, küçəyə maraq yaradır və uşaqları telefon-planşet azarından qurtarır”.

V.Qarayev bildirib ki, həyət psixologiyasnın elmi əsaslarını mütəxəssislər (sosioloqlar, pedaqoq-psixoloqlar) gözəl izah edir:

“Mənimsə deyəcəyim odur ki, uşaqları həyətdən məhrum etmək olmaz. Total nəzarəti yumşaltmaq lazımdır. Həyət oyunları uşaqları sosiallaşdırır, özgüvənini artırır, özünü müdafiə etməyi öyrədir. Ən əsası da telefon və planşetdən uzaqlaşdırır”.

Tarix
2019.07.08 / 11:34
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla