Bitki çaylarının insan
orqanizminə faydası haqqında artıq uzun araşdırmalara ehtiyac
yoxdur. Zaman-zaman hər kəs bitki çayları qəbul edir və onlardan
faydalanmağa çalışır.
Havaların soyuq olduğu bir vaxtda immunitet sistemini
gücləndirən, sizi artıq çəkidən qoruyan, eyni zamanda bəzi
problemlərinizin aradan qalxmasına yardım edən bitki çayları
haqqında faydalı məsləhətləri paylaşmaq istədik.
Alma çayı
Nəfəs darlığını aradan qaldırır. Ürək xəstəliklərində faydalı
ola bilər.
Razyana çayı
Mədə və bağırsaq xəstəliklərinə yaxşı təsir edir.
Gicitkən çayı
Maddələr mübadiləsini sürətləndirir. Böyrək xəstəliklərinə çox
faydalıdır.
Cökə çayı
Soyuqdəymə zamanı qəbul edilərsə, xəstəliyin tez aradan
qalxmasına yardım edər. Çökə çayı öskürəyi də azaldır.
İtburnu çayı
Tərkibində yüksək miqdarda C vitamini olan itburnunun faydaları
çoxdur. Qaraciyərin təmizlənməsi və qidalanmasında əvəzsiz olan bu
bitkinin qəbulu zamanı orqanizm həm də vitaminlə zənginləşir. Qeyd
edək ki, qədimdə indi "sarılıq" kimi tanıdığımız xəstəliyin
müalicəsində də bu bitkidən istifadə olunurdu. Belə ki, onun alma
ilə birlikdə hazırlanmış kompotunu gündə 4-5 lt. qəbul etdikdə bu
xəstəliyin sağalmasına yardım edir.
İtburnunu qarğıdalı saçaqları ilə dəmlənib qəbul edildikdə
böyrəklərə də faydalıdır. Amma xüsusi yuyucu olan itburnunun qəbulu
zamanı diqqət etmək lazımdır və xüsusən 50 yaş üstündə olan
insanlar bu bitki ilə bir qədər ehtiyatlı davranmalıdırlar.
Nanə çayı
Mədə bulanmasını aradan qaldırır. Bir stəkan nanə dəmləməsi, bir
çay qaşığı bal və bir çay qaşığı limon suyu mədə bulanması və
soyuqlaması zamanı qəbul edildikdə yaxşı təsir edir. Bu məhlul həm
də qusmanın qarşısını alır.
Mixək çayı
Həzmə yaxşı təsir edir, diş ağrılarını yüngülləşdirir.
Adaçayı
Təbii antibiotik funksiyasını yerinə yetirir. Boğaz ağrılarına
çox faydalıdır, eyni zamanda qadınlarda tez-tez rast gəlinən
hormonal pozuntuların aradan qalxmasına yardım edir.
Yaşıl çay
Hər gün 3 stəkan içildiyi zaman çəkini azaldır. Amma yaşıl çayın
ən böyük faydası orqanizmin toksinlərdən təmizlənməsində yardımçı
olmasıdır.