Yuxarı

SOCAR, yoxsa “Qazprom”? - Kaladze təkzib etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazprom eksport”la Vyana görüşü standart danışıqlardan biri olacaq. Təəccüblü heç nə gözləməyin.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat naziri Georgi Qaxariya söyləyib.

Qeyd edək ki, bu gün Vyanada Gürcüstan Baş nazirinin müavini Kaxa Kaladze “Qazprom eksport”un nümayəndələri ilə görüşəcək. Tiflisin “Qazprom”la görüşləri artıq iki ildir aktiv şəkildə davam edir. Gürcüstan hakimiyyətinin “Qazprom”dan əlavə qaz almaq istəyi (“Qazprom” Gürcüstanın qaza olan tələbatının 10%-ni ödəyir – red.) gürcü xalqının kəskin etirazına səbəb olmuşdu. Nəticədə Tiflis yenidən ölkənin əsas qaz təminatçısı SOCAR-la razılaşmışdı.

Gürcüstan Neft və Qaz Şirkətinin səhmlərinin 25%-ni satışa çıxarıb. Ölkə mətbuatı səhmlərin alınmasına yalnız SOCAR-la “Qazprom”un əsas namizəd olduğunu açıqlayıb. Üstəlik, artıq İrəvan da Ermənistana qaz nəql edən magistral kəmərin sahibi olan şirkətin səhmlərinin potensial alıcısı qismində SOCAR-ın olmasından narahatlığını ifadə edib. Ehtimal edilir ki, Kaladze “Qazprom”la Vyanada məhz bu məsələni də müzakirə etməyi planlaşdırır.

Tarix
2016.12.14 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla Özbəkistan arasında sənədlər mübadiləsi oldu

Moskva-Bakı münasibətlərini pozan “xarici qüvvələr”...

Prezidentlər mühüm iclasda iştirak etdi

Ərsin Tatara Fəxri doktor diplomu təqdim edildi

Rusiyadan dəhliz açıqlaması: Bakının da maraqlarına uyğundur

Prezident tapşırığı: Müşavirə keçirildi

Cənubi Qafqazda yeni dövr - Kreml çarəsizdir

Rusiyadan Bakıya çağırış

Azay Quliyev ATƏT PA-nın komitə sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla