Yuxarı

AŞPA-nın Türkiyəyə qarşı bu qərarı… - Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-nın Türkiyəyə qarşı bu qərarı… - Millət vəkili

AŞPA-nın Türkiyəyə qarşı bu cür qərəzli, ədalətsiz yanaşması böyük təəssüf doğurur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili AŞPA-nın Türkiyədə monitorinqi bərpa etmək qərarını kəskin qınayıb.

O bildirib ki, Avropa Şurası və AŞPA-da müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmalar narahatedici haldır:

“Azərbaycan olaraq bu qərarı qınayırıq. Azərbaycan AŞPA-nın ikili standartları ilə sıx-sıx üzləşən bir ölkədir, təəssüf ki, AŞPA terrorla və işğalçılara qarşı mübarizədə heç zaman Azərbaycana dəstək vermədi və bu gün də Türkiyəyə dəstək vermir. Avropa Şurasının prinsiplərinə görə, bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpağını işğalda saxlaya bilməz, amma işğalçı Ermənistan Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam edir. AŞPA Ermənistana qarşı heç bir ciddi təzyiq mexanizmlərinə əl atmır, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün İrəvana təsir göstərmir. Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir. Təəssüf ki, qardaş Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir”.

Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyə dövlət və milli maraqlarını hər şeydən üstün tutaraq, bu təşkilatın ədalətsiz yanaşmasını qəbul etmir və etməyəcək:

“Azərbaycan və Türkiyədəki insanlarımız bilməlidirlər ki, AŞPA-nın bu cür qərarları ədalətsizdir və müsəlman ölkələrinə qarşı ikili standartlar getdikcə daha da güclənir. Təşkilat Azərbaycan və Türkiyə vətəndaşlarının bu ikili standartlara etiraz səsini duymalıdır”.

Tarix
2017.05.02 / 13:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla