Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


Kremlə şok: ABŞ Köçəryanı həbs etdirib, Putinə… - Sensasiya

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus politoloq, analitik və tarixçi Oleq Kuznetsovun Köçəryanın həbsi, rəsmi Kremlin bu məsələyə mövqeyi və sözügedən həbsin doğura biləcəyi nəticələr haqda Axar.az-a müsahibəsi:

– Köçəryanın həbsinin mahiyyətində nə dayanır?

- Köçəryan rus-erməni münasibətlərinin müxtəlif məsələləri üzrə külli miqdarda gizli məlumatın daşıyıcısıdır. Buna görə də hər şey onun Ermənistanın Xüsusi İstintaq Xidmətinə və onunla əməkdaşlıq edən ABŞ-ın FBİ və CİA-ya hansı məlumat verəcəyindən asılıdır. 2009-cu ilin 1-2 mart tarixlərində İrəvanda baş verən hadisələr Köçəryanın tutulması və həbsxanada saxlanılması üçün rəsmi “fürsət”dir. O, ABŞ-a və Ermənistanın yeni hakimiyyət orqanlarına maraqlı olan məsələlərin bütün spektrində sorğu-sual olunacaq.

– Ermənistanın Xüsusi İstintaq Xidməti rusmeyilli qüvvələrin axırına çıxmağa müvəffəq ola bilər?

– Artıq məlumdur ki, Ermənistanın Xüsusi istintaq xidməti Rusiya tərəfdarı olan Dağlıq Qarabağ erməni separatizminin qeyri-qanuni silahlı birləşmələrini, daha konkret desək, Köçəryan və Sərkisyanın Qarabağ klanını məhv etmək üçün yaradılıb. Bununla əlaqədar, İrəvan şəhərində 10 nəfərin ölümü və təxminən 200 nəfərin yaralanması ilə nəticələnən etirazların dağıdılması, 2000 – 2018-ci illərdə Köçəryan və Sərkisyan tərəfindən yeridilən zorakılıq siyasətindən yalnız bir epizoddur.

– Xüsusi istintaq xidmətini maraqlandıran əsas suallar hansılardır?

– Böyük əminliklə deyə bilərəm ki, Ermənistanın Xüsusi İstintaq Xidmətini maraqlandıracaq əsas suallardan biri budur: hansı yollarla Ermənistan dövlət büdcəsinin pulları Rusiyadakı erməni əsilli oliqarxların şirkət hesablarına köçürülüb, Köçəryan da onlardan biridir. Bu oliqarxlar 6-7 ay Rusiyada yaşayandan sonra Ermənistana geri qayıdır, onların qazancları isə Rusiya dövlət büdcəsinə əlavə olunur. Rusiya hakimiyyəti, xüsusilə dünya iqtisadi böhranı şəraitində və beynəlxalq sanksiyaların tətbiq olunduğu bir dönəmdə belə investisiyalara çox müsbət baxırdı. Eyni zamanda, Ermənistan əhalisi yoxsulluq içində idi və Moskvada yaşayan erməni oliqarxları bəsləyirdi. Aydındır ki, Kreml üçün bu məsələ ilə bağlı mövqeyini aydın ifadə etmək çətin olacaq, üstəlik, rus federal və regional məmurlar nəinki Moskvada, həm də digər regional mərkəzlərdə daşınmaz əmlakının tikintisi üçün erməni oliqarxlara torpaq sahələri satırdı. Beləliklə, Ermənistanda korrupsiyaya qarşı mübarizə erməni milyarderlərlə birgə işləyən rus nazir və qubernatorlarının adlarının açıqlanması ilə Rusiyaya böyük zərbə ola bilər.

Heç kim üçün sirr deyil ki, "Qarabağ klanı" Nairi Hunanyanın döyüşçüləri tərəfindən 1999-cu ilin noyabrında ölkənin Milli Assambleyasında törədilən terror aktının nəticəsi olaraq hakimiyyətə gəlib.

– Sözügedən şəxslər uzun müddətdir ki, həbsdədir.

– Onların hamısı artıq 18 ildir ki, məhkəməsiz və istintaqsız həbsdə saxlanılırlar və bu, ondan ötrüdür ki, hər hansı məhkəmə və ya amnistiya halında məlumatlar ictimaiyyətə məlum olmasın. İstisna etmirəm ki, bu terror aktının təşkilatçısı Köçəryan idi. Çünki ən böyük “gəliri” o əldə etdi – prezident oldu.

– Bu zaman isə belə bir sual yaranır: onda bu cinayətin sifarişçisi kimdir?

– Levon Ter-Petrosyan dəfələrlə eyhan vurub ki, baş verənlərin bir ucu Moskvaya gedib çıxır. O vaxt Rusiya Federasiyası Prezidenti Yeltsin idi, Vladimir Putin isə FSB-nin direktoru idi. Putin və Köçəryan ölkələrində demək olar ki, eyni vaxtda hakimiyyətə gəldilər və bu səbəbdən Xüsusi İstintaq Xidməti bu cinayətin araşdırılması zamanı "Kremlin izi"nə rast gələ bilsə, böyük uğur qazanacaq. Və əgər Köçəryan birdən məhkəmədə etdiklərini Putinin şəxsi tapşırığı ilə reallaşdırdığını etiraf edərsə, bu, Rusiya üçün çox böyük təhqir olacaq.

– Belə çıxır ki, Rusiya bu dəfə sadiq tərəfdaşını xilas etmək istəmir...

– Ümumiyyətlə, bu gün Rusiyanın siyasi rəhbərliyi üçün Köçəryanın saxlanıldığı yerdə ölməsi daha yaxşı variantdır. Amma içimdən bir səs mənə deyir ki, Ermənistanda akkreditə olunmuş 1500 amerikalı diplomat, Köçəryanın həbsxana yoldaşları və oranın mühafizəçiləri ondan Rusiya haqda istədikləri məlumatları almazsa, ona nə yatmağa, nə də özünü asmağa icazə verəcəklər. Buna görə də Köçəryanın həbs olunma faktına dair Kremlin mövqeyinin hansı forması barədə danışa bilərik? Bu vəziyyətdə onların özünü xilas etmək lazımdır.

Tarix
2018.07.30 / 15:49
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Загрузка...
Digər xəbərlər

İlham Əliyev Rəşid Meredovla görüşdü

İlham Əliyev İtaliya Senatının sədri ilə görüşdü

Prezident onların maaşlarını qaldırdı: 3 sərəncam, 2 fərman

Ermənilər Kəlbəcərdə qəsəbə saldı – Bakıdan reaksiya

Bakıdan Rusiyaya cavab: Onlar yaxşı bilir ki…

Əliyev və Ərdoğan bir daha göstərdi ki… - Millət vəkili

ABŞ səfiri "Qarabağı qaytarın" dedi - Paşinyandan cavab

Akopyanın rus qadınlarla Qarabağa səfəri... - Rusiya

Arif Hacılı ilə İqbal Ağazadədən şok sözlər - Video

İrəvan əraziləri qaytarmasa... - ABŞ səfiri

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla