16:09
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Əkbər oğlu Həsənova ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilsin.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına
III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:
Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Fazil oğlu Əbilova
Bələdiyyələrlə iş mərkəzinin rəisi Zahir Məmməd oğlu Əlizadəyə
İcra baş idarəsinin rəisi Nurəddin Yusif oğlu Mustafayevə.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti rəisinin müavinləri Məhərrəm Allahverdi oğlu Qafarova və Oqtay İlyas oğlu Məmmədova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilsin.
***
Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası hakimlərinin və ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədov Fikrət Fərrux oğlu
Rzayev Ramiz Yaqub oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cəfərov Azər Məmməd oğlu
Əliyev Məhərrəm Abış oğlu
Musayev Toğrul Sirac oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Adil Şirməmməd oğlu
Qasımov Elçin Lütvəli oğlu
Mehdiyev Rəfail İbrahim oğlu
Məmmədov İlqar Kamil oğlu
Muradov Aslan Nüsrət oğlu
Yusifov Şahin Yaşar oğlu
“Tərəqqi” medalı ilə
Abbasov İlqar Eyvaz oğlu
Əkbərov Mübariz Dosməmməd oğlu
Əliyev Alı Yusif oğlu
Əliyev Kəramət Fətəli oğlu
Hacıyev Əfqan Niyətulla oğlu
Həsənov Həbib Bəhram oğlu
Xələfov Elçin Abuzər oğlu
İsayev Məhərrəm Əli oğlu
İsgəndərova İradə Həbib qızı
İsmayılov Eldar Herov oğlu
Kazımov Araz Nurəddin oğlu
Kərimov Səyyub Həsən oğlu
Məmmədov Fazil İbrahim oğlu
Məmmədov Hüseyn Məmməd oğlu
Muradov Hicran Xasay oğlu
Nəcəfov Mehdi Ağabala oğlu
Paşayev Tofiq Temir oğlu
Tağıyev Xəqani Qəhrəman oğlu
Vəliyev Hümmət Telman oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abasquliyev İlham Aydın oğlu
Bəşirova Aygün Rafiq qızı
Cəfərov Anar Ələmşah oğlu
Cəfərov Azər Vəliyulla oğlu
Fərəcova Aybəniz Məhərrəm qızı
Fərzəliyev Rəşad Xaliyəddin oğlu
Hadıyeva Güney İmran qızı
Həsənov Rasim Aydın oğlu
Hüseynov Kamal Eldar oğlu
İbrahimov Elnur Elman oğlu
Qafarov Fikrət Məhəmməd oğlu
Qədirova Səbinə Mübariz qızı
Qənbərov Natiq Zərbi oğlu
Məmmədov Xaqani Əli oğlu
Məmmədov İlqar Həbib oğlu
Məmmədova Səbinə Firudin qızı
Nağıyev Həsən Xanəli oğlu
Nəbiyeva Firuzə Mansur qızı
Nəcəfov İlkin Abdulxeyir oğlu
Paşayev Qədir Gülnəzər oğlu
Rzayev Gülmalı Umud oğlu
Sadıqov Xəqani Şababa oğlu
Salmanlı Şəfəq Yaqub qızı
Seyidov Mirsaleh Miradil oğlu
Şahbazov Xalıq Həsən oğlu.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
“Əməkdar hüquqşünas”
Cavadov Fuad Musa oğlu
Mirzəliyev Əsəd Abdulla oğlu
Nəsibov Hafiz Qənbər oğlu
Zahirov Vilayət Həsən oğlu
“Əməkdar mühəndis”
Məmmədov Çingiz Ələddin oğlu
“Əməkdar həkim”
Qurbanov İftixar İlham oğlu
“Əməkdar tibb işçisi”
Əsgərov Səttar Ələsgər oğlu.
***
İlham Əliyev P.H.Süleymanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Pənah Hüseyn oğlu Süleymanov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Prezident İlham Əliyev B.H.Salayevin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Baba Hacı-Baba oğlu Salayev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 45 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli 108 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.1-ci bəndinin üçüncü abzasına “Daxili İşlər,” sözlərindən sonra “Vergilər,” sözü əlavə edilsin.
***
Fərmanlar:
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 15 noyabr tarixli 1334-VQD nömrəli Qanununun tətbiqi haqqında;
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 noyabr tarixli 21 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;
***
Azərbaycan Respublikası Prezidentinin “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 538-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 19 aprel tarixli 1339 nömrəli və “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1180-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 18 iyul tarixli 211 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə;
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2002-ci il 12 dekabr tarixli 823 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 23 aprel tarixli 53 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 18 iyul tarixli 212 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə;
“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1312-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 139 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;
***
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 667 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə;