Yuxarı

İrəvan rəhbərliyi danışıq aparmaq qabiliyyətində deyil

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan rəhbərliyi danışıq aparmaq qabiliyyətində deyil

Milanda keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında heç bir müsbət dəyişikliyə səbəb olmayacaq.

Bunu Report-a açıqlamasında rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 5-də Milan şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq görüşünə münasibət bildirərkən deyib.

"Həm ATƏT-in Minsk qrupunun, həm də bir sıra Avropa ölkələrinin səylərinə baxmayaraq, hazırda Ermənistanın mövcud rəhbərliyinin danışıqlar apara bilmədiyi anlayışı var", - Y.Mixaylov bildirib.

Onun fikrincə, dekabr ayında keçiriləcək parlament seçkilərinin nəticəsində hakimiyyətə "Sasna Tsrer" kimi ultramillətçilər gələcək:

"Onların Nikol Paşinyanın (baş nazir əvəzi - red.) siyasi bəyanatlarını tam şəkildə dəstəklədiklərini nəzərə alaraq ehtimal etmək olar ki, İrəvan, çətin ki, öz istəyi ilə Qarabağın statusu ilə bağlı sülh danışıqlarına başlamağa razılıq versin".

O bildirib ki, Milanda Ermənistan tərəfi yenidən danışıqlar prosesində separatçı rejimin nümayəndələrinin iştirakı məsələsini qaldıra bilər:

"Amma bu addım heç yerə aparmayacaq. Rəsmi Bakının buna qarşı olduğunu bilirik, odur ki, daha əvvəl də dediyim kimi, XİN başçılarının görüşünün nəticəsi sıfıra bərabər olacaq".

Tarix
2018.12.04 / 15:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Mikayılovu buna görə işdən azad edib - Cinayət

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

Bayramov BƏƏ-nin XİN başçısı ilə danışdı

Prezident yeni səfirləri qəbul etdi - Foto

Tehranın Bakıya qarşı ritorikası: İran yenə “başladı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla